
Xəbərlər
14.09.2022, 23:34
QANLI SENTYABR - Təranə MƏFTUN
QANLI SENTYABR.
************************************
************************************
Bəhər, sovtaq, bar ayıydın, sentyabr,
Evdə dövlət, var ayıydın, sentyabr.
Qırmızılar bağlanardı qapıya,
Xonça, nişan, yar ayıydın, sentyabr.
İki ildir gözləri nəm edirsən,
Canlar alıb qəlbləri qəm edirsən.
Şəhid olur cavan - cavan oğullar,
Ürəkləri əridib şəm edirsən.
Sarı rəngə həsrət, hicran qatırsan,
Ayrılığın qollarında yatırsan.
Sulandıqca torpaq şəhid qanıyla,
Dünya boyda bir günaha batırsan.
Qapıları bilik üçün açırdın,
Zəkalara parlaq işıq saçırdın.
İndi qanlı sentyabr olub sən,
Çöhrələrdən sevinc izin qaçırdın.
14.09.2022 III gün 23:05 TƏRANƏ MƏFTUN
Evdə dövlət, var ayıydın, sentyabr.
Qırmızılar bağlanardı qapıya,
Xonça, nişan, yar ayıydın, sentyabr.
İki ildir gözləri nəm edirsən,
Canlar alıb qəlbləri qəm edirsən.
Şəhid olur cavan - cavan oğullar,
Ürəkləri əridib şəm edirsən.
Sarı rəngə həsrət, hicran qatırsan,
Ayrılığın qollarında yatırsan.
Sulandıqca torpaq şəhid qanıyla,
Dünya boyda bir günaha batırsan.
Qapıları bilik üçün açırdın,
Zəkalara parlaq işıq saçırdın.
İndi qanlı sentyabr olub sən,
Çöhrələrdən sevinc izin qaçırdın.
14.09.2022 III gün 23:05 TƏRANƏ MƏFTUN
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








