
Xəbərlər
7.08.2022, 22:59
ALIR MÜHARİBƏ, UDUR CANLARI - Təranə MƏFTUN
ALIR MÜHARİBƏ, UDUR CANLARI.
*************************************
*************************************
Baxırsan, hər biri bir ayrı dünya,
Alır müharibə, udur canları.
Müqəddəs arzular atılır suya,
Onlar bu vətənin zərəfşanları,
Alır müharibə, udur canları.
İgid qanlarıyla suvandı torpaq,
Əsgərin şərəfi, son andı torpaq.
Anadı, vətəndi, Qurandı torpaq,
Alır öz qoynuna qəhrəmanları,
Alır müharibə, udur canları.
Cavanlar əbədi cavan qalsa da,
Uca zirvələrdə məskən salsa da,
Qamətlər əyilib baş ucalsa da,
Ərlik dastanıdır hər bir anları,
Alır müharibə, udur canları.
Alır müharibə, udur canları.
Müqəddəs arzular atılır suya,
Onlar bu vətənin zərəfşanları,
Alır müharibə, udur canları.
İgid qanlarıyla suvandı torpaq,
Əsgərin şərəfi, son andı torpaq.
Anadı, vətəndi, Qurandı torpaq,
Alır öz qoynuna qəhrəmanları,
Alır müharibə, udur canları.
Cavanlar əbədi cavan qalsa da,
Uca zirvələrdə məskən salsa da,
Qamətlər əyilib baş ucalsa da,
Ərlik dastanıdır hər bir anları,
Alır müharibə, udur canları.
07.08.2022 VIIgün 13:20 TƏRANƏ MƏFTUN
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










