ÖZÜ BOYDA VƏTƏN OLAN QƏLƏM SAHİBİ – TƏRANƏ YUSİFQIZI - FOTOLAR

Söz, şeir, qələm sahibi haqqında nəsə demək, nəsə danışmaq çox çətin və məsuliyyətlidir. Onun haqqında yazmaq üçün sözləri seçmək, cilalalamaq gərəkdir. Özü boyda bir dünya olan Təranə Yusifqızı. Ömrünün xeyli hissəsini arxada qoymuş bu xanım yazarımız haqqında heç bir fərqli söz demədən, heç bir fərqli ifadə işlətmədən deyərdim : "Sətir və misraları ilə Vətəni mənə sevdirən adam". Hər kəlməsindən Vətən hopan bir sənətkar. Söz sərrafı. Yazdığı şeirlərini hər kəlməsi ilə Vətən eşqi, xalq məhəbbəti aşılayan yazar. Vətənin seçilməz olduğunu , bütün dünyanın gözəlliklərinin fövqündə duran bu əzəmətin gücünü qəlblərə damla damla, gilə-gilə axıdan qələm sahibi, -
Gözün gözəlliklər görər, sevinər,
Təbiət çox gözəl bir don geyinər.
Göy qurşağı varam, - deyib öyünər,
Çox gözəl gəlişi vardır baharın.

İnsana yaşamaq həvəsi gələr,
Gözləri sevinclə parlayar, gülər.
Vətənim gözəldir, deyib fəxr edər,
Çox gözəl gəlişi vardır baharın,
Bir cənnətdir Vətənimin baharı.

- deyir. Və bu kiçilməməzlik üçün ürəyinin hənirtisini dilə gətirir. Təranə Yusifqızı bizim üçün "Vətəni bir an olsun belə yadından çıxartmayan, Azərbaycanı özününkü hesab edən” və bu fikri misralara hopduran, bizdən qabaqda yol gedən, qədəmindən nur yağan şairdir.
ÖZÜ BOYDA VƏTƏN OLAN QƏLƏM SAHİBİ – TƏRANƏ YUSİFQIZI - FOTOLAR

Onun şeirləri fəlsəfədir. Mənası və məzmunu çox dərindir. O , xalqın sərvətidir. Xalqın dərdini, ağrısını, acısını onun özündən də çox daşıyan fərqli bir qələm sahibidir Təranə Yusifqızı.
O, XALQIN NALƏSİDİR, FƏRYADIDIR

Vətənin oğullarını, onların şücaətini misralarda həkk etdirən şair bölünməz, parçalanmaz, zamanında əzəməti və qüdrəti ilə aləmə səs salmış Vətəni üçün hayqırır, onun erməni işğalında qalmış torpaqlarının qaytarılması uğrunda çarpışan Azərbaycan oğlunun, mərd əsgərinin hünərini vəsf edir, bu misralarla qəlbinin hökmünü nümayiş etdirir, Vətən övladlarına mübarizlik və əzmkarlıq aşılayır.
ÖZÜ BOYDA VƏTƏN OLAN QƏLƏM SAHİBİ – TƏRANƏ YUSİFQIZI - FOTOLAR

Məşhur Braziliya yazıçısı və şairi Paulo Koeliyonun sözlərini xatırlayaq: "Ürəyini ram edə bilən kəs bütün dünyanı özünə tabe edə bilər". Təranə xanım da öz qəlbini və sevgisini xalqın acısı və ağrısına ram etmiş və onun özü olmuş şairdir, poeziya fədaisidir. Bəli, T.Yusifqızı bu gün xalqdır, xalqın naləsidir, fəryadıdır.
Ərləri əvəz etdi yeni doğulan igidlər,
Düşmənə sərhədini, öz həddini bildirdilər.
Vermərik bir qarış torpağı yağıya, - dedilər,
Əzəmətli orduna alqış olsun, Azərbaycan!

Hər kəs öz həyatını yaşayır, yazıb-yaradır və cəmiyyətdə öz sözünü deyir, tarixə ərməğanlarını ötürür. Bu mənada T.Yusifqızı da həmin ədəbi proseslərdən yan qaçmır, özünün kövrək lirikası ilə yüzlərin, minlərin, ….. qəlbində özünə yer qurmağa çalışır. Əslində çoxdan özünə yür qurub. Müqəddəs torpağımız uğrunda şəhid Vətən övladlarının yarı yolda qırılmış ömürlərini, zəfərli hünərlərini nəzmə çəkən Təranə xanım “Şəhidlər” şeirində belə deyir:
Vətən sizə oğul dedi,
Torpağı, daşı oldunuz.
Bu torpağa qurban gedib,
Gözlərin yaşı oldunuz.

Şəhidlər, yeriniz cənnət,
Sizinlədir hər duamız.
Sizin nurlu baxışınızla,
İşıqlandı bu səmamız.

T.Yusifqızının yenicə çapdan çıxmış “Vətəndir” kitabına “Vətən sevgisi” adlı ön söz yazmış dostumuz şair-jurnalist, tədqiqatçı alim Nazim Tapdıqoğlunun təbirincə desəm, Təranə xanımın poeziyası bəşəriyyətin taleyi üçün narahatlıq duyğularından qidalanır: “Fəlsəfi fikrin daşıyıcısı olan poetik forma gözəlliyi onun poeziyasının əsas qırmızı xəttini şərtləndirir. Azərbaycan, Vətən, Qarabağ, Dünya, Sevgi, Şəhid mövzuları onun tez-tez müraciət etdiyi üçün əsas mövzulardandır. Bu mövzularda yüzlərlə şeiri mövcuddur…”
O BU XALQIN ŞAİRİDİR

Onu başa düşən və anlayan bir xalqın. Çiynində bir millətin yükünü daşıya biləcək bir xalqın. Ürəyini vətən ağrısı sızladan bir xalqın.
ÖZÜ BOYDA VƏTƏN OLAN QƏLƏM SAHİBİ – TƏRANƏ YUSİFQIZI - FOTOLAR

Adı Azərbaycan adlı böyük məmləkətin müxtəlif bölgələrində səsləndikcə qürur duyduğumuz şair – elə bu yurdun Cəlilabad adlı kiçik guşəsindən parlayan ədəbiyyat fədaisi. Bu fədai məmləkətimizi sözünün şöləsi ilə isitməkdədir. Neçə-neçə şeir kitabı, “Tale yolu” adlı hekayə kitabı ilə oxucularını ovsunlayan yazarımız oxunduqca ədəbiyyat zövqünün nə olduğunu, qələmin gücünün məkan və yer, millət və xalq tanımadığını, zövqlərin və qəlblərin dərinliklərinə getdiyini dərk edir, daha şövq və həvəslə yazıb-yaratmağa, bunları özünün mənəvi fəlsəfəsinə hopdurmağa çalışır. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bütün zamanlarda bu hal baş verib: hər kəsin oxumağa səy göstərdiyi şairi özününkülər, doğma yurddaşları onun özünün olduğu zirvədə görə bilmirlər. Təranə xanım isə özünün yaratdıqları ilə bu fikirləri alt-üst edir, özünün kövrək misraları ilə oxucunu bir daha Vətənə kökləyir, Vətənin əsl vətəndşı olmağa səsləyir:
Köksümdəki vuran ürək Vətəndir,
Qəlbimdəki arzu, dilək Vətəndir.
Düşünmürəm bu eşq sonda bitəndir,
Doğum yerim, ölüm yerim Vətəndir!

QƏLBİNDƏ VƏTƏN SEVDASI GÜNDƏN-GÜNƏ ALIŞIB YANAN ATƏŞİN BİR OCAĞA BƏNZƏYİR

Təranə Yusifqızının şeirlərində Vətən mövzusu daha qabarıq və dolğun şəkildə öz noetik əksini tapıb. Bu da səbəbsiz deyildir. Çünki şair öz ilhamının mayasını yalnız və yalnız Vətən torpağının qayasından, daşından, bərəkətli zəmisindən, coşqun suyundan alıb.
ÖZÜ BOYDA VƏTƏN OLAN QƏLƏM SAHİBİ – TƏRANƏ YUSİFQIZI - FOTOLAR

Doğulduğu məkandan başlanan Vətən sevdasının sərhədləri onun üçün Borçalıdan, Göyçədən Dərbənddən, Təbrizdən, Zəncandan, Kərkükdən, neçə-neçə adını saymadığım müqəddəs qədim Türk torpaqından keçir. Onun qəlbində Vətən sevdası gündən-günə alışıb yanan atəşin bir ocağa bənzəyir. O ocaq illərdir ki, onun qəlbində sönmək bilməyir və inanıram ki, sönməyəcəkdir….
“Vətəndir” kitabını oxuduqca müəllifin orada Vətən torpağına məhəbbətinin, sevgisinin bariz ifadəsinin müxtəlif forma çalarlarına addımbaşı rast gəlirik. Buna isə sevinməyə bilmirik.
Mən şair ürəyini həmişə narahat bir dənizə bənzətmişəm. Bu dənizinsə öz aləmi vardır…
Sevimli şairimiz təkcə Vətən mövzusuna qapılıb qalmır. O yaşadığı həyatın hər sahəsindən rəngarəng mövzular taparaq poetik biçimə sala bilir. Eyni zamanda şeirimizin klassik mövzusu olan məhəbbət mövzusundan da yan keçmir. “Sevgi və həyat”, “Belə sevirəm”, “Sevgi ruzigarı” şeirləri onun bu mövzudakı ən uğurlu şeirlərindəndir:
Sevgi ruzigarı əsdi başımda,
Əl açıb Tanrıya şükürlər etdim.
Elə bil bir Mələk durdu qarşımda,
Ona heyran olub, mən təzim etdim.

Sevgi ruzigarı əsdi başımda,
Düşündüm, - nə gözəl yazılıb bəxtim.
Bu sevgi, məhəbbət bəlli yaşımda,
Nə yaxşı ki, döydü qapımı mənim…

Bu kitabı gec də olsa, oxudum, amma şövqlə, həvəslə. Kitabın təşəkkür etmək istədiyim müəllifinə mənim işim, rejimim yaxşı bəllidir.
ÖZÜ BOYDA VƏTƏN OLAN QƏLƏM SAHİBİ – TƏRANƏ YUSİFQIZI - FOTOLAR

Ona söz vermişdim ki, əgər kitab xoşuma gəlsə, misralar məni tutsa, qəlbimi oxşasa, mütləq öz fikirlərimi bölüşəcək, qəlbimi riqqətə gətirən misraların təəssüratını oxuculara çatdıracağam. Bəli, mən oxudum, indi növbə sizindir, əziz oxucular, Təranəsevərlər, poeziya həvəskarları. İstedadlı yazar, şair Təranə Yusifqızının "Vətəndir" kitabını oxumağa dəyər.

Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib

Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlib

Emi Karlon: Azad edilmiş ərazilərə səfərlər ABŞ-Azərbaycan əməkdaşlığının genişlənməsinə dəstəkdir

Bir qrup xalçaçı "Tərəqqi" medalı ilə təltif edilib - SƏRƏNCAM

BƏƏ XİN: İran Hörmüz boğazında tankerə PUA ilə hücum edib

MƏMMƏD QƏDİR : Bir can saxlamışam sənə əmanət - FOTO

Konsertə yeni sevgilisi ilə qatıldı - Foto

BİR KƏND,YEDDİ ŞAİR”ƏDƏBI MÖCÜZƏSININ BEŞİNCİ SƏSİ–FÜRQANİ FENOMENİ... - FOTOLAR

Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib - YENİLƏNİB

Xanımı ilə Zəfər parkını ziyarət etdi - Fotolar

Bakı-Qazax yolunda yük maşınları toqquşdu - Ölən var

“Bakı Gəmiqayırma Zavodu” və “KTZ Express Shipping” arasında müqavilə imzalandı - Fotolar

Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir

Lənkəranın 2 kəndində qaz olmayacaq

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcək

Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb

Günün qoroskopu: ağır hisslərin dalğası çəkilir

Prezidentin qızları və gəlini moda həftəsinə qatıldılar - FOTOLAR

Fransız “Rafale” qırıcıları Baltik hava məkanını pozan iki Rusiya təyyarəsinin qarşısını alıb

“Mançester Yunayted” “Liverpul”u məğlub edib, “Tottenhem” vacib qələbə qazanıb

Makron arvadının İrəvana gəlməməsinin səbəbini açıqladı

Tramp İranın təklifini rədd etdi - “Elə şeylər var ki...”

Xalq artisti Bakını tərk edəcək

KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR

MƏMMƏD QƏDİR : Qocalar evinə atmayın məni - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031