Pirallahı rayonunda “Yaponiya–Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi və tədbir keçirilib.

"Turaztv.az" “Qafqazinfo” -ya istinadən xəbər verir ki, tədbirdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vatanabe Katsuya iştirak edib.

Tədbir çərçivəsində Pirallahı qəsəbəsinin girişində, “Pirallahı Sənaye Parkı”nın yaxınlığında ağacəkmə aksiyası keçirilib.

Daha sonra Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gülqoyma mərasimi keçirilib.

Ardınca Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun səfir Vatanabe Katsuya ilə görüşü baş tutub.

Görüş zamanı RİH başçısı qonağa rayonun tarixi, coğrafi mövqeyi, adət-ənənələri, mədəni həyatı və əhalinin məşğulluq vəziyyəti barədə məlumat verib, həmçinin rayonda həyata keçirilən layihələr və görülən işlərdən danışıb.

Səfir Vatanabe Katsuya Yaponiya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini, Azərbaycanda müşahidə olunan sosial-iqtisadi tərəqqinin onda müsbət təəssürat yaratdığını bildirib və burada olmaqdan məmnunluğunu ifadə edib.

Sonda Pirallahı Gənclər Evində keçirilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yaponiya səfiri Vatanabe Katsuya, millət vəkili Günay Əfəndiyeva, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Rəsmi və bədii hissədən ibarət olan tədbir xatirə fotosunun çəkilməsi ilə sona çatıb.





Son xəbərlər

Avropa Liqası: "Nottingem" və "Braqa" qələbə qazanıb

Konfrans Liqası: "Rayo Valyekano" qalib gəlib, "Şaxtyor" məğlub olub

FIFA prezidenti: İran 2026-cı il Dünya Kubokunda iştirak edəcək

“Bu, hərbi əməliyyatların genişləndirilməsidir”

Quql “Qarderob” funksiyasını təqdim edəcək

İnsanlar hansı yaşda ən xoşbəxt və ən sağlam olurlar? Dəqiq rəqəm AÇIQLANDI

Şanslı insanlar nə zaman doğulur: üç tarix AÇIQLANDI

"Kuruluş Orhan" final edir

Prezident İlham Əliyev: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər

Dost dostu sınayar çətində, darda - FOTO

Önəmli qələbə oldu - “Neftçi”nin baş məşqçisi

Kral və Kraliçanın şərəfinə bu tarifləri aradan qaldırdı

Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq

RTÜK Baxçalının serialını da cərimələdi

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Valideyn konfransları davam edir - FOTOLAR

Abbas Bağırov – Azərbaycan Səhiyyəsində Peşəkarlıq və Etibar Nümunəsi - FOTO

Dünyada aclıqla üzləşəcək insanların sayı açıqlandı

"ABŞ hazırda müharibə vəziyyətində deyil" - ABŞ rəsmisi

"Yeraltı"ndan getdi - FOTO

Üç ilə qədər həbs oluna bilər

Aybəniz Qafarlı : Dünya Türkün Olacaq - FOTO

Baş katib: Budəfəki Avropa Kuboku formatına görə əvvəlkilərdən fərqlənir

Natella Nur : HAQQI NAHAQQA VERMƏYİN - FOTO

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub

Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031