Pirallahı Sənaye Parkının rezidenti dərman istehsalına başlayıb
Pirallahı Sənaye Parkının rezidenti “R-Pharm” MMC tərəfindən ölkəmizdə ilk dəfə olaraq şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan “Diabeton® MR” (qliklazid) preparatının istehsalına başlanılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, artıq şirkət tərəfindən 200 min qutu dərman istehsal edilib və paylanma üçün aidiyyəti yerlərə göndərilib. Cari ilin I rübünün sonunadək müəssisədə daha 300 min qutu “Diabeton® MR” preparatının istehsalı planlaşdırılır.

Qeyd edək ki, sözügedən dərmanın istehsalı “R-Pharm” MMC ilə Fransanın beynəlxalq əczaçılıq qrupu olan “Servier” şirkəti arasında imzalanmış tərəfdaşlıq Sazişi çərçivəsində həyata keçirilir. Beşillik müqavilənin şərtlərinə əsasən, müəssisədə qeyd edilən dərman preparatının ildə təxminən 1 milyon qutu həcmində istehsalı nəzərdə tutulur.

Məlumat üçün bildiririk ki, “R-Pharm” MMC-də istehsal prosesi Beynəlxalq GMP standartlarına uyğun şəkildə həyata keçirilir. Belə ki, Beynəlxalq GMP standartları əczaçılıq məhsulları istehsalçılarına yüksək keyfiyyətli xammal, müasir emal texnologiyalarının istifadəsi, qabaqcıl avadanlıqların olması, istehsalatda çalışan kadrların yüksək səviyyədə ixtisaslaşması kimi ciddi tələblər qoyur. “R-Pharm” MMC ölkədə GMP sertifikatını alan ilk əczaçılıq müəssisəsidir.
Pirallahı Sənaye Parkının rezidenti dərman istehsalına başlayıb

Son xəbərlər

Prezident: Azərbaycan regionda davamlı sülhün yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Qurtuluş Günüdür

Naxçıvanda qəza oldu - Yaralılar var (FOTOLAR)

Rusiya İrana uçuşları dayandırdı

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

“Əminəm ki, Tramp verəcəyim hər qərarı dəstəkləyəcək”

Niderland - Yaponiya oyununda qolsuz bərabərlik - Yenilənir

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

Karateçimiz Mərakeşdə qızıl medal qazandı

"Halef"dən ayrılan kimi yeni işini seçdi

Helikopter qəzasında ölənlərdən biri məşhur müğənni imiş

Flora Kərimovanın son durumu açıqlandı

Prezidentdən Milli Qurtuluş Günü paylaşımı - FOTO

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım etdi - FOTO

Həyəcan təbili: Uşaqlar arasında energetik içki istifadəsi artır

Ermənistan müxalifəti mitinq keçirir

Məşhur futbolçu və müğənni evləndi - Foto

Konsertindəki çıxışı ilə pərəstişkarlarını təsirləndirdi

Bu gün Bakı şəhəridə Sazlı-Sözlü Borçalı ədəbi məclisinin tədbiri keçirildi - FOTO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNİB

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İshaq Dar və Hakan Fidan müzakirə apardılar

Rusiyanın Oryol şəhərinə dron hücumu - Ölən var

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib - FOTOLAR

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930