Türkiyənin Yalova şəhərində keçən il evinin pəncərəsindən yıxılaraq vəfat edən müğənni Gül Tutun (Güllü) ölümünə dair aparılan istintaq yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Yalova Cümhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədə mərhum müğənninin həbsdə olan qızı Tuğyan Ülkem Gülter barəsində “qabaqcadan planlaşdıraraq öz valideynini qəsdən öldürmə” maddəsi ilə ömürlük azadlıqdan məhrum etmə cəzası tələb olunub.

İttihamnaməyə əsasən, hadisə 26 sentyabr 2025-ci il gecəsi Çınarcıq rayonundakı mənzildə baş verib. Gül Tut qızının otağındakı pəncərədən təxminən 18 metr hündürlükdən beton örtüyün üzərinə düşüb. Məhkəmə tibbi ekspertizası sənətçinin daxili qanaxma nəticəsində həyatını itirdiyini, qanında 3,53 promil spirt olduğunu, lakin zəhərlənmə əlamətlərinin aşkar edilmədiyini bildirib.

İstintaq materiallarında diqqətçəkən məqamlardan biri hadisə gecəsi baş verənlərdir. Məlum olub ki, Tuğyan rəfiqəsi Sultan Nur Uludan anasının çox sevdiyi “Malkata” adlı roman mahnısını səsləndirməsini istəyib. Prokurorluq musiqinin ananı xüsusi olaraq otağa cəlb etmək və qətli həyata keçirmək məqsədilə açıldığı qənaətinə gəlib.

İstanbul Texniki Universitetinin hazırladığı səs ekspertizası rəyində düşmə anından dərhal əvvəl gənc bir qadın səsinin rişxəndli tonda “Görüşərik, bay-bay” dediyi müəyyən edilib. Prokurorluq bu sözlərin Tuğyan tərəfindən deyildiyini, ardından anasını belindən tutaraq pəncərədən aşağı atdığını irəli sürüb.

Qeyd edək ki, hadisənin tək canlı şahidi olan Sultan Nur Ulu əvvəlcə Gül Tutun sərxoş olduğu üçün düşdüyünü desə də, sonradan ifadəsini dəyişərək qızın anasını pəncərədən atdığını etiraf edib. Həmçinin şübhəlinin hadisədən aylar əvvəl rəfiqələrinə “Bir gün anamı pəncərədən atıb öldürəcəyəm” dediyi və telefonunda “Bu qadın ölsün”, “Bezdim anamdan” kimi mesajlar yazdığı ortaya çıxıb. Şübhəlinin telefonunda “Çözülməmiş məhkəmə işləri”, “Seriyalı qatil davası” kimi axtarışlar etdiyi də dosyeyə daxil edilib.

Xatırladaq, qeyd olunan iddialar prokurorluğun ittihamnaməsində yer alıb, Tuğyan Ülkem Gülter haqqında yekun qərarı keçiriləcək məhkəmə prosesinin sonunda hakim verəcək.

Son xəbərlər

Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Trampın sağ əli xərçəngə qalib gəldi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930