Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə “Balakhani Operating Company LTD” arasında bu ilin əvvəli imzalanan Anlaşma Memorandumuna əsasən, tərəflər tələbələrin sənayeyə yararlı bacarıqlarının inkişaf etdirilməsi məqsədilə növbəti təlimini təşkil edib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu dəfə auditoriyada hasilat şirkətinin İctimai əlaqələr şöbəsinin müdir müavini Günel Həsənova çıxış edərək natiqlik və kommunikasiya üzrə yumşaq bacarıqların əhəmiyyəti barədə danışıb.

O, həmçinin şirkətlərin ictimaiyyətlə əlaqələrinin qurulmasında tərəfdaş münasibətlərinin formalaşdırılması, medianın aidiyyatlı gündəmin qurulmasında strateji rolu, brend dəyərinin gücləndirilməsi və bu amillərin uzunmüddətli təsiri barədə ətraflı məlumat verib.

Təlimçi vurğulayıb ki, ənənəvi universitet-sənaye modelində müasir informasiya dövrünü nəzərə alaraq, media da nəzərə alınmalı və tərəfdaş kimi əlavə edilərək “Triple Win” (üçtərəfli fayda) modeli tətbiq olunmalıdır. Günel Həsənova nümunə kimi ADNSU ilə “Balakhani Operating Company” şirkəti arasında mövcud əməkdaşlıq mexanizmlərinin yaratdığı imkanlardan da bəhs edib. Media vasitəsilə geniş auditoriyaya çıxış, etimadın gücləndirilməsi və ictimai etibarın formalaşdırılması praktik misallar əsasında nümayiş etdirildi.

Təlim zamanı tələbələr press-relizlərin tərtib olunması, foto və video materialların seçilməsi, uğurlu media planının hazırlanması ilə bağlı tövsiyələr aldılar.



Son xəbərlər

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031