Arxiv babanın monoloqu-3.

Hər vaxtınız xeyirli, uğurlu olsun! Bu dəfə sözüm urusun millətlərin qanına bulaşmış qırmızı bağyrağını götürüb utanmaz-utanmaz harda gəldi yellədənlərədi. Ay urussevənlər, çoxmu sevirsiz onları? Sevin də, kim sizə qadağa qoyur ki? Gedin yanlarına, orda nəqqərtənə istəyirsiz, sevin. Lap 2-3 uşaq dünyaya gətirənəcən sevin. İstəyirsiz, qalın orda, böyüdün o uşaqları. Ancaq, əmin ola bilərsiz, uşaqlar ki böyüdü, yerbəyer elədiz, əliniz də işdən qaldı, Marusya elə sizdən olan uşaqlarıynan birləşib mitlinizi atacaq bayıra ki, yeri hardan gəlmisən ora. Odur ki, vaxtında qayıdın gəlin elinizə, obanıza ki, sizə də bir sahib çıxan tapıla. Yoxsa, vallahi-billahi küçələrdə qalacaqsız. Azmı görmüşük belələrini? Ayə, ay qırmızı bayrağa aludə olanlar, ayə, sovetin gəmisi gedib ey... düz 35 ildi, hindi Allah bilir hansı dəryada qərq olub. Ayə, siz bərkgedən gəminin dalısınca yırtıq-çürük qayıqla gedirsiz ey, xəbəriniz var? Yazıqsız, dalğalar “hopp” eləyib udar sizi, balıqlara yem olarsız, qayıdın kəndinizə...
Siz Allah məni qınamayın əziz izləyicilər, çox təsir eləyib ey, mənə “qırmızılar”ın hərəkəti. Yağın bular əsl “qırmızılar”ın necə yarandığından xəbərsizdilər. Arxiv babanızdan xahiş eləyin, söyləsin dayna onların yaranma tarixini. Yox ey, mən durub burda dastan yazan zad döyüləm, eləcə ucundan qulağından danışa bilərəm. Yadımda qalanlardan dayna. Sovetin vaxtında bizi döyə-döyə öyrədirdilər ey, vallah. Nöşün? Qabağa getməkçün başqa yol yox idi. Ya gərək urusnan, erməniynən arvad tərəfdən qohum olaydın, ya da gecəni gündüzünə qatıb vuruşaydın bu “qırmızılar”nan. Onnan ötəri də ki, gərək onların dilini biləydin. Dilini biləydin deyəndə ki, gərək “Yeni Tarix”i, “Ən Yeni Tarix”i, “Elmi Kommunizm”i azdan-çoxdan mənimsəyəydin. Mənə inanmırsız, gedin hörmətli professorumuz, politoloqumuz Qabil müəllim Hüseynlidən soruşun. O da “Elmi Kommunizm” fənni üzrə Dövlət İmtahanı qəbul edən müəllimlərdən biri olub. O imtahanı verməyən diplom ala bilmirdi ey. İraq olsun, başqa fikrə düşməyin haa, Qabil müəllimə böyük hörmətim var. O vaxtın tələbi beləydi...
Ayə, hindi sizdən Dövlət İmtahanı zad götürən var, nə ayranınıza turş deyirsiz, nə məsələdi? Bizə öz tariximizi öyrətmirdilər ey. Elə belə, yalannan falannan öyrədirdilər, nöşün ki, belə lazım idi, urus belə tapşırmışdı. Siz bəxtəvərsiz o sarıdan, nəqqərtənə istəsəz material var. Oxuyun, öyrənin dayna tariximizi.
Yaxşı, day keçirəm əsas məsləyə- gorbagor “qırmızılar”ın, yəni “kommunistlər”in yaranma tarixi barədə xırdalıqlara. Lap əvvəldən başlayacam. Deməli, XlX əsrin ortalarında (1848-1850-ci illər) Karl Marks qağa “elmi kommunizm” adlı bir cərəyan, bir ideologiya, lap deyək elə bir “fəlsəfi elm” yaratdı. Marks qağa yazırdı ki, cəmiyyətin inkişafı yalnız sinfi mübarizə nəticəsində mümkündür. Bu da o dövr üçün “proletariat”ın (fəhlə və kəndlilərin) öz azadlığı uğrunda burjuaziya quruluşuna (kapitalizmə) qarşı mübarizəsi demək idi. Qısası, “sosialist inqilabı”nın mexanizmini hazırlamışdı. Necə? Arxiv baba şərh eləsin də. Qısa deyəcəm, narahat olmayın. Deməli, onun qələm dostu, silahdaşı Fridrix Engels qağa laızmi kitabları tapıb gətirirdi, deyirdi: “Marks qağa, sən bu kitabları oxu, öyrən, öz ideologiyanı yarat. Sən məndən savadlısan, səndə yaxşı alınır. Mən də səni kağızla, qələmlə, əppəklə, nə bilim nələrlə təmin edəcəm, ürəyini buz kimi saxla. Sən yazmağında ol.” Hə... Marks da yazırdı dayna. Mənbə kimi istifadə elədiyi hansı kitablardı? Ərz eləyim: Alman klassik fəlsəfəs (baniləri: Hegel, Feyerbax, Kant və s.), ingilis siyasi iqtisadı (baniləri: A.Smit, G.Rikardo), fransız utopik sosializmi (baniləri: Ş.Furye, T.Mor, S.Simon, R.Ouen). Hə... qağam oxudu, yazdı... oxudu, yazdı... qalaq-qalaq kitablar yarandı. Ayə, 1848- ci ildə “Kapital” əsərini yazdı, bomba kimi partladı ey! Deyirəm ey, adamda bəxt varmış da. O dövrdə reklam zad nə gəzirdi, nə təhər tutuzdurmuşdu ey, o əsəri. İdeyasının mayası da nə idi- azad, demokratik, ədalətli bir cəmiiyət yaratmaq. Bununçün də sosialist inqilabı etmək lazım idi. Onnan da əvvəl, millətləri bu inqilaba hazırlamaq lazım idi. Ədalət dedim yadıma nə düşdü, bilirsiz? Azərbaycanın klassik şairi, filosofu, mütəfəkkiri Nizami Gəncəvi (1141-1209) ədalətli şah obrazını yaradanda (“İsgəndərnamə” poeması) bu alimlərin heç babaları da dünyaya gəlməmişdi. Yaxud da ki, filosof, astranom, riyaziyyatçı, tarixçi, ilahiyyətçi, hüquqşünas Nəsrəddin Tusi (1201-1274) öz fəlsəfəsini yaradanda. Fəzlüllah Nəimi (1338-1394) sufizmi yaradanda, İmadəddin Nəsimi “Haqq mənəm, haqq məndədir, ənəlhəqq söylərəm” deyə-deyə el-el, diyar-diyar gəzəndə varıydımı o “ədalət carçıları”? Yox, nözənbillah, mən Qərb elmini aşağılamaq istəmirəm. Qərbin Sokratı var, Platonu var, Aristoteli var... o qədər dünya şöhrətli alimləri var ki... Amma, öz aramızdır, onlar da çox şeyləri Şərqdən öyrəniblər dayna. Cəbr elminimi deyim, tibb elminimi deyim, lap elə astranomiyanımı deyim, hansını deyim?.. Nəysə... Bu Marks qağa, öz idealogiyasını yaradanda məxsusi olaraq qeyd eləmişdi ki, sosialist inqilabı eyni səviyyədə inkişaf eləmiş ölkələrdə baş verə bilər. Yəni, ölkələrin inkişaf səviyyəsinin eyni olması mütləqdir ona görə ki... Gəlin, onun dediklərini praktik şəkildə aydınlaşdırmağa çalışaq. Fizikada “birləşmiş qablar qanunu” var, doğrumu? İki qabı yanaşı qoyurlar, bir-biri ilə boru vasitəsilə birləşdirirlər. Qabın birinə maye (su) tökdükdə, mütləq şəkildə axır o biri qaba ta o vaxtacan ki, hər iki qabdakı mayelərin səviyyəsi eyniləşsin. Cəmiyyət də belə inkişaf eləyir də, başuvuza dönüm. Qərb getdi, Asiyanı, Afrikanı talan elədi, sərvətlərini daşıdı apardı öz ölkələrinə, hindi həmən talanan ölkələrin adamları dayanmadan axışır qərbə, qabağını da ala bilmirlər. Yaxud da, Qərbin hökumətdən gizlənənləri, cinayətkarları, oğruları qaçıb getdilər Şimali Amerikaya, yerli əhalini məhv eləyib öz dövlətlərini yaratdılar, başları qarışdı dünyaya meydan oxumağa, bir də ayıldılar ki, ey dadi-budad, asiyalılar, afrikalılar, meksikalılar axışıb dolublar ölkələrinə... Həəə, bax o Marks qağa ona görə də ölkələrin inkişaf səviyyəsinə xüsusi önəm verirdi. Bəs milliyyəti bəlli olmayan Lenin qağa neylədi? Dedi, yox ey, burda mənəm, Bağddadda kor Xəlifə- mən ayrıca olaraq Urusyətdə inqilab eləyim, siz də baxın. O elmi ki Marks qağa yaratmışdı, adını dəyişdirib qoydu “marksizm-leninizm”. Başladı sərsəm-sərsəm əsərlər yazmağa: “Bir addım irəli, iki addım geri”. Görün bu qurumsaq nəyə əl atdı ey- Birinci Dünya Müharibəsində Urusiyanın məğlubiyyətinə nail olmaq. Deməli, çar hökuməti tərəfindən edam edilmiş böyük qardaşı Aleksandrın qisasını almaq məqsədilə bu “insan” milyonlarla günahsız adamların qətlinə fərman verən bir qaniçənə çevrildi. Fikir verin, torpaq onu qəbul eləmir, a kişilər. Movzoleydə, şüşənin altında çürüyür. Özü də, yavaş-yavaş, əzabla... Kimlərin ölümünə fitva verib? Deyim də. Çar ll Nikolayın bütün nəsli-nicabətinin, adlarını “ağqvardiyaçılar” qoyduqları rus ordusunun sabiq general və zabitlərinin, əsgər heyətinin, zadəganların (vaxtında ölkəni tərk edə bilməyənlərin), öz keçmiş silahdaşlarının (menşeviklərin), canım sizə desin, qonşu dövlətlərdə yaşayan xalqların mübariz oğullarının (bizimkilər də daxil olmaqla) və sairə, və sairə, və sairə...
Hə. Qurdular öz Şura Hökumətlərin, bəs sonra nələr oldu? Alimlər, ziyalılar, zadəganlar, hərbçilər, sahibkarlar... kimlər, kimlər... ya məhv edildilər, ya da ölkəni tərk edib üz tutdular xaricə. Və... öz aralarında hakimiyyət uğrunda çəkişmələr başladı. Zinovyev, Trotski, Lenin, Stalin, daha kimlər arasında. Lenin güllələndi, o birilər zərərsizləşdirildi, Stalin keçdi oturdu taxt-tacda. Hələ buna qədər nələr oldu? Şərqin ilk demokratik dövləri olan Azərbaycanda erməni-rus birləşmiş qoşunları xalqımızı qanına qəltan elədi. Qarabağda, kürqırağı ərazilərdə, Naxçıvanda, Gəncədə, Şamaxıda, Qubada, elə Bakının özündə on minlərlə günahsız soydaşlarımız qətlə yetirildi. Hökuməimiz zor gücünə devrildi. Sonrakı dövrlərdə repressiyalar, aclıq, səfalət... Hansını sadalayım, ay “qırmızıbaşlar”? Hələ 1805-ci ildən üzü bəri ölkəmizə ard-arda təcavüz edən, torpaqlarımızı zəbt edib həmən bu üzdəniraq hayları oralara yerləşdirən, 1828-ci ildə yekun olaraq Azərbaycanı hissələrə parçalayan, torpaqlarımızdan pay götürən, dədələrinin malı kimi qonşu dövlətlərə paylayan həmən bu urus deyilmi? Ayə, ay Kamran Həsənli deyənlər (yəni- taxtabaşlar), tutalım ki, o dövrlərdə baş verənlərdən xəbəriniz yoxdu, bəs bu son dövrlərdə baş verənlərdən də xəbəriniz yoxdu, hay? Harda yatmışdız? 20 Yanvar faciəsini, Xocalı Soyqırımını görməmək olar?..
Ayə, mən hələ üzdən getdim ey, nə danışdım ki? Elə bilməyin ey, sizə canım yandığına görə qısacana yazdım, yox. Azdan çoxdan mənə hörmət eləyən oxucu bacı-qardaşların, balaların (onların qadasın alaram) xatirinə çox uzatmadım söhbəti. Yoxsa ki, vallah, elə faktlar qabağında qoyaram sizi... lənət sənə kor şeytan!.. Yazıqsız ayə, ağlınızı başınıza yığın, oturun oturduğunuz yerdə. O, qırmızı “sovet cındırlarını” da göndərin İspaniyaya, Portuqaliyaya, nə bilim, o öküzlərlə tutdu-qaçdı oynayırlar ey, həmən ölkələrə. Üçdən-beşdən nə verərlər qane olun, naşükürlük eləməyin. Yoxsa ki, Lenin babanızın zadı kimi, nə deyirsiz onun adına?... nəysə, tapammadım, leşi kimi, cəmdəyi kimi cürüyəsidi... Mənnən deməkdi. Sonra deməyin ki, Arxiv baba bilirdi, bizi ayıltmadı. Di salamt qalin. Hər kim olsanız da, sonda özümüzküsüz. Çölə atmarıq, urusa satmarıq.
-son-
X.Mirzə, 30.11.25.

Son xəbərlər

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

Tarixin ən böyük maliyyə hücumu - “Dan yeri söküləndə...”

Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

Hikmət Hacıyev Buxaradan paylaşım edib

İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

"Odisseya" rekord qırdı

Hazal Kaya “Uzak şehir”dən imtina etdi

“Hacıqabulda ikinci zavod tikilir” - Prezident

“Bütün bu işlərin necə böyük zövqlə görüldüyünün şahidi olmuşam”

Məlahət Behbudqızı ✍️ : Olacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31