
Xəbərlər
7.03.2024, 23:39
SEVİN, KİŞİLƏR - FOTO
SEVİN, KİŞİLƏR
Qadın bir dünyadır, bir sirli bəşər,
Hər dərdə o dözər, hər yükü çəkər.
Qadın yuva yıxmaz, o yuva tikər,
Qadın bir Anadır, sevin, kişilər!
Qadındır şəfqətin, həyatın özü,
Yanan ürəklərin alovu, közü.
Qadındır sevginin ən ali sözü,
Qadın bir sonadır, sevin, kişilər!
Qadınsız bir həyat susuz dəyirman,
Qadınsız bir ürək sızlayan kaman.
Quş kimi göllərdə süzdüyü zaman,
Qadın bir durnadır, sevin, kişilər!
Qadın, yaz-bahardır, deyil şaxta-qış,
O bir sülh quşudur, bir körpü, barış.
Bu bayram günündə, hər təbrik, alqış
Birbaşa onadır!, sevin kişilər!
Hər dərdə o dözər, hər yükü çəkər.
Qadın yuva yıxmaz, o yuva tikər,
Qadın bir Anadır, sevin, kişilər!
Qadındır şəfqətin, həyatın özü,
Yanan ürəklərin alovu, közü.
Qadındır sevginin ən ali sözü,
Qadın bir sonadır, sevin, kişilər!
Qadınsız bir həyat susuz dəyirman,
Qadınsız bir ürək sızlayan kaman.
Quş kimi göllərdə süzdüyü zaman,
Qadın bir durnadır, sevin, kişilər!
Qadın, yaz-bahardır, deyil şaxta-qış,
O bir sülh quşudur, bir körpü, barış.
Bu bayram günündə, hər təbrik, alqış
Birbaşa onadır!, sevin kişilər!
BELA ZƏNGİBASARLI.
07.03.2024.
07.03.2024.
DOSTLUĞUMDA OLAN BÜTÜN QADINLARI, 8MART QADINLAR BAYRAMI MÜNASİBƏTİLƏ TƏBRİK EDİRƏM!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










