Xəbərlər
5.03.2023, 00:24
SOLMAZ ŞİRİN: AY KİŞİLƏR...FOTO
AY KİŞİLƏR...
Ay kişilər, qiymət verin,
Verməz heç kəs qadın yerin.
İkram edin qadınlara,
Ana dedik biz onlara.
Qadın- ana, qadın- bacı,
Yaranışdan o baş tacı.
Balaların mərd anası,
O yaşılbaş göl sonası.
Qadınsız ev –odsuz ocaq,
Xoş nəfəsi isti, sıcaq.
Qadınsız ev –çıraqsız ev,
Səs- səmirsiz, soraqsız ev.
Qulaq asın, ay kişilər,
Tənha ömür nəyə dəyər?
Talesizsən, təksən əyər.
Qadın evdə fəxri- şandır,
Qadınlı ev firavandır.
Qadın- yarın, ciyər paran,
Onsuz heçdir sənə dövran.
Qadınsızsan- qanadsızsan,
Yarımçıqsan, nə ki insan!
Kiçiltməyin məğrur adın,
Ucadadır daim qadın.
Göydə Allah, yerdə qadın,
Allah sevmiş “ana” adın.
Verməz heç kəs qadın yerin.
İkram edin qadınlara,
Ana dedik biz onlara.
Qadın- ana, qadın- bacı,
Yaranışdan o baş tacı.
Balaların mərd anası,
O yaşılbaş göl sonası.
Qadınsız ev –odsuz ocaq,
Xoş nəfəsi isti, sıcaq.
Qadınsız ev –çıraqsız ev,
Səs- səmirsiz, soraqsız ev.
Qulaq asın, ay kişilər,
Tənha ömür nəyə dəyər?
Talesizsən, təksən əyər.
Qadın evdə fəxri- şandır,
Qadınlı ev firavandır.
Qadın- yarın, ciyər paran,
Onsuz heçdir sənə dövran.
Qadınsızsan- qanadsızsan,
Yarımçıqsan, nə ki insan!
Kiçiltməyin məğrur adın,
Ucadadır daim qadın.
Göydə Allah, yerdə qadın,
Allah sevmiş “ana” adın.
Solmaz Şirin
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


