Xəbərlər
30.11.2025, 00:08
CÜMŞÜD AYDƏMİROV : Vaxtıdır... - FOTO
Ey ilham pərisi,yatma,bir oyan,
Payızın ruhuma çökən vaxtıdır.
Qızılı rənglərlə Ana təbiət,
Füsunkar rəsmini çəkən vaxtıdır.
Bir bax,payız donun geyinib meşə,
Nar açıb yaxasın dən-dən Günəşə,
Yarı turşaşirin,yarı Gülöyşə,
İnsanın meylini çəkən vaxtıdır.
Boşaldır yükünü bulud;yağış,qar,
Hələ bunun şimşək çaxmağı da var,
Yığışır küməyə əl_ayaq,davar,
Sürünün dumanda itən vaxtıdır.
Toy günün gözləyər nişanlı qızlar,
Həsrətdən qəlbində bir nida sızlar,
Oxunar mahnılar,çalınar sazlar,
Gülüşün dodaqda bitən vaxtıdır.
Hər fəslin öz rəngi,öz çaları var,
Hər fəslin ömürdə bir oxşarı var,
Ömrün ahıl çağı payız xatırlar,
Ğünəşin dağlara köçən vaxtıdır.
Yarpaqlar rəngbərəng,meşə bir bazar,
Tanrı yazdığını söylə kim pozar,
Deyər dodaqaltı bir qərib yazar,
Ömrun qürub çağı,bitən vaxtıdır,
Ömrün qürub çağı,bitən vaxtıdır!
Payızın ruhuma çökən vaxtıdır.
Qızılı rənglərlə Ana təbiət,
Füsunkar rəsmini çəkən vaxtıdır.
Bir bax,payız donun geyinib meşə,
Nar açıb yaxasın dən-dən Günəşə,
Yarı turşaşirin,yarı Gülöyşə,
İnsanın meylini çəkən vaxtıdır.
Boşaldır yükünü bulud;yağış,qar,
Hələ bunun şimşək çaxmağı da var,
Yığışır küməyə əl_ayaq,davar,
Sürünün dumanda itən vaxtıdır.
Toy günün gözləyər nişanlı qızlar,
Həsrətdən qəlbində bir nida sızlar,
Oxunar mahnılar,çalınar sazlar,
Gülüşün dodaqda bitən vaxtıdır.
Hər fəslin öz rəngi,öz çaları var,
Hər fəslin ömürdə bir oxşarı var,
Ömrün ahıl çağı payız xatırlar,
Ğünəşin dağlara köçən vaxtıdır.
Yarpaqlar rəngbərəng,meşə bir bazar,
Tanrı yazdığını söylə kim pozar,
Deyər dodaqaltı bir qərib yazar,
Ömrun qürub çağı,bitən vaxtıdır,
Ömrün qürub çağı,bitən vaxtıdır!
Xudat. 25-26.11.25
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
















