“Konstitusiya və Suverenlik ili” çərçivəsində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyi münasibətilə “Azərbaycan Konstitusiyası – Milli tərəqqinin hüquqi əsası” adlı tədbir keçirilib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilat rəhbərləri və kollektivləri, inzibati ərazi nümayəndələri, bələdiyyələr, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidə önünə gül dəstələri düzüblər və dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ətraflı

Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov qeyd edib ki, 30 il öncə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası xalqımızın suverenliyinin, müstəqilliyinin və milli birliyinin rəmzidir. Azərbaycan Konstitusiyası Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideallarının və hüquqi islahatlarının bünövrəsini təşkil edir. Bu sənəd xalqın iradəsini ifadə edən, insan hüquq və azadlıqlarını qoruyan, ölkəmizin demokratik inkişafını təmin edən ali qanundur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyamızın prinsiplərinə əsaslanan islahatlar uğurla həyata keçirilir, Azərbaycan dövləti hüquqi, iqtisadi və siyasi baxımdan daha da möhkəmlənir. Azərbaycan Konstitusiyası yalnız hüquqi sənəd deyil, həm də milli dəyərlərimizi, dövlətçilik ənənələrimizi və xalqın azad iradəsini özündə ehtiva edən tarixi bələdçidir. Bu ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan olunması bu ali sənədin dövlətçilik tariximizdəki əhəmiyyətini bir daha ön plana çıxarır, Konstitusiyanın dəyərlərinə sadiqliyin və milli suverenliyin qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu nümayiş etdirir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bu gün Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarda da bərqərar olub.

Daha sonra çıxış edənlər - Neftçala Rayon Məhkəməsinin sədri Ceyhun Qədimov, Neftçala rayon prokuroru, ədliyyə müşaviri Zeynal Zeynalov, rayon qeydiyyat şöbəsinin rəisi Tural Qafarlı, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev Azərbaycan Konstitusiyasının dövlətin hüquqi əsaslarının formalaşmasında, insan hüquq və azadlıqlarının təmin olunmasında, demokratik və hüquqi dövlət quruculuğunda oynadığı mühüm rol barədə fikirlərini bölüşüblər. Çıxışlarda vurğulanıb ki, 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin möhkəmlənməsində, vətəndaş cəmiyyəti prinsiplərinin inkişafında və qanunçuluğun təminatında mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizin siyasi, sosial və hüquqi həyatında yeni mərhələnin əsasını qoyub. Məhz bu sənəd sayəsində ölkədə idarəetmə, qanunvericilik və hüquq sistemləri müasir demokratik prinsiplərə uyğun şəkildə formalaşdırılıb.

Sonda Azərbaycan Konstitusiyasının əhəmiyyəti və dövlətçilik tariximizdə oynadığı roldan bəhs edən videoçarx nümayiş etdirilib.


Son xəbərlər

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031