18 sentyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev adına istirahət parkında 20 Sentyabr- “Dövlət Suverenliyi Günü”nə həsr olunmuş “Dövlət Suverenliyi-Müstəqilliyimizin əbədi rəmzidir!” adlı tədbir keçirilib.

Turaztv.az Modern.az-a istinadən xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri-Kəmaləddin Qafarov, Elşad Musayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Daxili Qoşunların Hərbi İnstitutunun prorektoru polkovnik Eldəniz Abbasov və kursantlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, Rayon İcra Hakimiyyəti başçısının sahə və qəsəbə inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə sədrləri, qazilər və hərbçilər, Qərbi Azərbaycan İcmasının Binəqədi rayonu üzrə nümayəndəliyinin üzvləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, ictimai birliklərin nümayəndələri, gənclər iştirak ediblər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə ölkəmizdə 20 Sentyabr - Dövlət Suverenliyi Gününün təsis edildiyi və bu tarixin Azərbaycan xalqının əsrlər boyu davam edən mübarizəsinin, milli iradəsinin və dövlətçilik əzminin ifadəsi olduğu, dövlət başçısının müdrikliyi, Azərbaycan xalqının iradəsi, ordumuzun gücünün təntənəsi nəticəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə və qürurla dalğalandığı, Dövlət Suverenliyi Gününün xalqımızın milli birliyinin, müstəqil və qüdrətli Azərbaycanın əbədi mövcudluğunun rəmzi olaraq tariximizdə xüsusi yer tutduğu fikirləri səsləndi.

20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş konsert proqramının bədii hissəsində Azərbaycan Respublikasının xalq artisti Tünzalə Ağayeva, Azərbaycan Respublikasının əməkdar artisti Lalə Məmmədova, müğənni Mərdan Kazımov, Samirə Əliməryəm və Yaqut Xəlilzadənin ifalarında xalq mahnıları, vətənpərvər ruhlu kompozisiyalar, biri-birindən gözəl musiqilər səsləndi, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradovanın rəhbərlik etdiyi “Odlar yurdu” rəqs ansamblının gözəl rəqsləri nümayiş olundu.

Sonda xatirə şəkli çəkildi.




Son xəbərlər

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31