Gəncə şəhərində aerobika gimnastikası üzrə gənclər və 15 yaşadək idmançılar arasında keçirilən Avropa çempionatı başa çatıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Gəncə İdman Sarayında 3 gün davam edən yarışda 20 ölkədən 380 gimnast iştirak edərək, qitə birinciliyi uğrunda mübarizə aparıb. Yarışın birinci və ikinci günlərində gimnastlar fərdi, üçlük, qrup, qarışıq cütlük və “aerodans” proqramlarında təsnifat mərhələsində çıxış ediblər. Yarışın ikinci günündə, həmçinin komanda hesabında mükafatlandırma mərasimi baş tutub.

Sonuncu yarış günündə isə idmançılar final mərhələsində çıxış edərək, Avropa çempionu adını qazanıblar.

Gəncədə ilk dəfə olaraq keçirilən bu mötəbər yarışa Avropanın müxtəlif ölkələrindən gimnastların valideynləri və yaxınları da gələrək onlara dəstək olublar. Gəncəyə gələn nümayəndə heyətləri şəhərin qədim tarixinə, gözəlliyinə, insanların qonaqpərvərliyinə və yerli mətbəxin dadlı yeməklərinə heyran qalıblar.

Yarışın təşkilatçılığı iştirakçılar, nümayəndə heyətləri və tərəfindən Gəncə şəhərində yaradılan şərait və təşkilatçılıq yüksək qiymətləndirilib. Avropa çempionatının uğurla keçirilməsi bir daha göstərdi ki, Azərbaycan beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə təşkilinə qadirdir.

Beləliklə, Gəncə idman tarixində daha bir əlamətdar səhifə yazdı. Bu şəhər yalnız tarixi və mədəni irsi ilə deyil, həm də beynəlxalq idman arenalarına ev sahibliyi edən müasir və qonaqpərvər şəhər kimi yadda qalıb.

Qeyd edək ki, turnir noyabrın 9-dan 11-dək davam edib.

Son xəbərlər

Bəzi ərazilərdə işıq kəsiləcək

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MƏKTƏB YOLLARI - FOTO

Makronunun xanımına kişi deyən jurnalist məhkəməni qazandı

İspaniyada uğurlu nəticə qazanan Azərbaycan gimnastları Vətənə qayıdıblar - FOTOLAR

Bu gündən Bakıdakı xətlərə rekord sayda avtobus buraxılacaq

Bu gün Bilik Günüdür

Çağla Boz ev dustağı olacaq

QIZBƏS QƏBƏLƏ : OXU,ELNARƏ - ANA MUĞAMI - FOTO

Elxas Comərd : DANIŞIR - FOTO

Məşhur amerikalı modelyer vəfat etdi

Bakının işğaldan azad edilməsindən 108 il ötür

Məlahət Behbudqızı : Sən olan yeri - FOTO

Türkiyədə daha bir əməliyyat keçirildi - 1600-dən çox adam saxlanıldı

Zabitə Alıyevanın toyudur - Fotolar

BƏXTİYAR ƏMİRASLANOV – MƏZARSIZ QƏHRƏMANIN ŞƏRƏFLİ ÖMÜR YOLU

Hacıməmməd Məmmədov : Tərifdən uca duran insan - Sərkar Mərdanov-73

Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama

Ayda nəhəng yaşayış məntəqəsi qurulacaq: Evlər belə olacaq

Süni intellektin böyük təhlükəsi: 10 il ərzində insanlıq məhv ola bilər

Azərbaycanda əməyin təhlükəsizliyi üzrə yeni dövət standartları qəbul edildi

Bir neçə gün yatmamaq ölümə səbəb ola bilər - Həkimdən dəhşətli xəbərdarlıq

Bir bahar gecəsi.

BİR GÖZƏL İNSAN DA BU DÜNYADAN KÖÇDÜ...

Sizi sevən bütün ürəklərin sevgisi daim Sizinlə olsun - FOTO

Tələbəlik illərindən başlayan ömür yolu

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930