Xəbərlər
10.11.2025, 14:39
Azərbaycan təmsilçisi: Gəncə aerobika gimnastika üzrə Avropa çempionatına yaxşı hazırlaşıb
Bu, bizim ilk Avropa yarışımız idi.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Gəncədə gənclər və 15 yaşadək aerobika gimnastları arasında ilk dəfə keçirilən Avropa çempionatında “üçlük” proqramında çıxış edən Ayla İsmayılzadə deyib. O, yarışın özləri üçün yaxşı keçdiyini bildirib: “Növbəti turnirlərdə daha uğurlu nəticə qazanmaq istəyirik. Azarkeşlərin atmosferi möhtəşəmdir. Gəncə yarışa çox yaxşı hazırlaşıb. Burada hər kəs bir-birinə rəqibdir. Lakin bütün idmançılarla yaxşı dostluq münasibəti qurmuşuq”.
Qeyd edək ki, Avstriya, Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna və ev sahibi Azərbaycandan ümumilikdə 380 gimnast çempionluq uğrunda mübarizə aparır. Ötən gün start götürən yarışa noyabrın 11-də yekun vurulacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay