Ölkə başçısının Zəfər Gününün 5-ci ildönümündə imzaladığı Sərəncam Teymurovlar ailəsi ilə yanaşı, bütün xalqımızın böyük sevincinə səbəb olub. Belə ki, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Pəncəli Teymurova Milli Qəhrəman adı verilib.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, XTQ mənsubu “Qoca” ləqəbli əfsanəvi kəşfiyyatçı Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 2013-cü ildə ailə həyatı quraraq öz toyunda özünə şəhidlik arzulayan Pəncəli hələ uşaqlıqdan Xocalıda həmvətənlərimizin başına gətirilən müsibətləri tez-tez xatırlayıb, hərbçi olacağına söz vermişdi. Elə də olur. Hərbi xidmətdən sonra 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələr yarandığı ildən onun sıralarında xidmətini davam etdirən Pəncəli 17 il Vətənə şərəflə xidmət etdi. XTQ mənsubu kimi o, xidməti dövründə yuxarı komandanlığın verdiyi hərbi tapşırıqları həmişə uğurla icra etmişdir. Pəncəli silahdaşları ilə birgə ən böyük mükafatını 2015-ci ilin 24 iyununda almışdı. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artilleriya və iyirmidən çox hərbçi məhv edilmişdi. Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları - Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında iştirak edib və 2016-cı il aprelin 3-də döyüşdə şəhid olub. Doqquz ildir oğluna Milli Qəhrəman adı veriləcəyi ümidi ilə yaşayan Pəncəlinin anası Vahimə ana deyir ki, sevincimizin həddi-hüdudu yoxdur: “Bu anı 9 ildir gözləyirdim. Zəfər Bayramı münasibətilə Prezidentimiz bizi iki dəfə sevindirdi. Allah ona cansağlığı versin. Allah ona kömək olsun. Bu bizim üçün böyük sevincdir, qürurdur. Allah onu xalqımızın başından əskik etməsin. Şəhidin ildönümündən gəlirdim. Yolda bu sevincli xəbəri eşitdim. Mən 9 ildə belə sevinc hissi keçirməmişdim. İndi də çox həyəcanlıyam. Bütün şəhidlərimizin ruhu şad olsun. Allah zabit və əsgərlərimizə kömək olsun. Bayrağımız həmişə yüksəklərdə dalğalansın”.

Pəncəlinin kiçik qardaşı, tarix müəllimi Famil Teymurov deyir ki, bu gün təhsil idarəsində Zəfər Günü ilə bağlı tədbirdə idim. Xəbər mənə çatanda göz yaşlarımı saxlaya bilmədim: “Doqquz ildir Prezidentin bu fərmanını gözləyirdik. Bu gün bizi sevindirdi. Qardaşıma ən ali ad olan Milli Qəhrəman adını verdi. Sevincimizin hüdudu yoxdur. Teymurovlar adından Prezidentə təşəkkürümü bildirirəm. Allah ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin”.
Düşmənin qara kabusuna çevrilmiş Xüsusi Təyinatlı Qüvvələrin əfsanəvi kəşfiyyatçısı Pəncəli Teymurov böyük izdihamla 2016-ci il aprel ayının 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində dəfn edilib. Nümunəvi xidməti ilə sağlığında bir çox medal və mükafatlara layiq görülən Pəncəli ölümündən sonra 2016-cı ildə “Vətən uğrunda” medalı ilə təltif olunur. Bu gün isə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Teymurov Pəncəli Nurməmməd oğlu – ölümündən sonra Milli Qəhrəman adı ilə təltif edilib.

Son xəbərlər

Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri+Video

Sabah Biləsuvarın 10 kəndində qaz kəsiləcək

Tramp: Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam

Bakıda və rayonlarda külək güclənəcək

Korsikanın siyasi qələbəsi: Fransa yeni reallığı qəbul edir - ŞƏRH

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA

Sabah Bakıda 30 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

"İşləmək üçün dəfələrlə efirdən qurumlara müraciət etmişəm" - Eldəniz Məmmədov

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Beren Saat, Kenan Doğulu və bəzi məşhurlar saxlanıldı

ADNSU-da Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb - FOTOLAR

NEYROTEXNOLOGİYADA YENİ ERA: Çin Maskın Monopoliyasına Son Qoyur

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, 2 nəfər ölüb, 36 nəfər yaralanıb

Doktoranturaya qəbul olmaq istəyənlər üçün qeydiyyat elan edilib

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb

Zakir Həsənov Pakistana başsağlığı verib

Bakı və Salyanın bəzi ərazilərində işıq olmayacaq

ABŞ Çin və İrandan olan 10 şirkət və şəxsə sanksiya tətbiq edib

“Ən qısa müddətdə bu ölkəni tərk edin”

20 min nəfəri susuz qoyan bombanın qalıqları - Foto

Peskovun qızı üçüncü dəfə hamilədir

İranda partlayış səsləri eşidildi - HHM sistemləri işə salındı

Netanyahu livanlılara müraciət etdi

Azərbaycan 19 dövlətin adından mina təhlükəsi ilə bağlı çağırış etdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930