Zəfər Günü general Əli Nağıyev üçün həm də özəl gündür8 noyabr tarixi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev üçün həm Zəfər Günü, həm də doğum tarixidir.

Turaztv.az Sfera.az-a istinadən xəbər verir ki, Əli Nağı oğlu Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.

1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1975-ci ildə başlayıb. Bir müddət Abşeron rayonunun Xırdalan şəhərində məktəbdə müəllim işləyib:

1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət edib.

Prezident İlham Əliyevin 16 mart 2005-ci il tarixli 675 nömrəli sərəncamı ilə Əli Nağıyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini təyin olunub.

Ölkə başçısının 27 mart 2006-cı il tarixli 1372 nömrəli sərəncamı ilə Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilib.

Azərbaycan Prezidentinin 27 mart 2002-ci il tarixli 680 nömrəli Fərmanı ilə göstərdiyi yüksək peşəkarlığa, cəsarətə və igidliyə görə "Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Bununla yanaşı, Əli Nağıyev təhlükəsizlik orqanlarında xidmət etdiyi müddət ərzində çoxsaylı dövlət təltiflərinə və mükafatlara layiq görülüb.

"Hərbi xidmətlərə görə",

"Vətən uğrunda",

"İgidliyə görə" medalları",

Azərbaycan Bayrağı" ordeni.


2011-2019-cu illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləyib. Azərbaycan Prezidentinin 5 avqust 2014-cü il tarixli 672 nömrəli sərəncamı ilə Əli Nağıyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Ölkə başçısının 28 sentyabr 2018-ci il tarixli 514 nömrəli sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Prezidentin 20 iyun 2019-cu il tarixli 1274 nömrəli sərəncamı ilə Əli Nağıyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib. 27 iyun 2019-cu il tarixli 1300 nömrəli sərəncamla Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.

Ölkə Prezidentinin 27 mart 2020-ci il tarixli sərəncamı ilə DTX rəisi 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.


7 dekabr 2020-ci il tarixli sərəncamla Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilib. Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra - 9 dekabr 2020-ci il tarixdə general-polkovnik Əli Nağıyev "Zəfər" ordeni ilə təltif olunub.

Cənab Generalı Təbrik edirik!

Son xəbərlər

HƏSRƏTİN KÖLGƏSİNDƏ YAŞAYAN MİSRALAR... - FOTO

"Tottenhem" onu hədəfə aldı

Tanınmış aktyor vəfat etdi - Foto

Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvənin vəziyyəti ağırdır

Hamı bu tarixi gözləyir...

“Bu məsələdə ABŞ rəhbərliyi vacibdir”

Pezeşkian həmin qərarı təsdiqlədi

Bu xəstəxanaya yeni direktor təyin edildi

Doğum gününüz mübarək, Etibarr xanım! - FOTO

Lavrov Rubio ilə müzakirə apardı

Bu kreditlərin faizləri subsidiyalaşdırılacaq

Azərbaycana qanunsuz yolla 1 milyon 500 min manatlıq siqaret gətirmək istədilər

Məşhur futbolçu Romada evləndi - Fotolar

Bakıdan Tbilisiyə ilk sərnişin qatarı bu gün yola düşüb

Türkiyədə zəlzələ oldu

“Güller ve günahlar”la bağlı dəyişiklik

Serenay sərbəst buraxıldı

“Təşəkkürlər, mister” - “Napoli” Konte ilə yollarını ayırdı

Babək Niftəliyevə vəzifə verildi

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN NOVBƏTİ GORÜŞÜ.. - FOTOLAR

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

Prezident: Şirvan kanalı gələn il istifadəyə veriləcək, Qarabağ kanalının yenidən qurulmasına başlamışıq

Kuba Prezidenti Azərbaycan liderini təbrik edib

ADY Tbilisiyə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb

Zəvvarlar Mina dağına yürüşlə Həcc ziyarətinə başlayıblar

"Şamaxı" Kərim Rossi ilə vidalaşıb

22 yaşlı fitnesçi evində ölü tapıldı

İranda qəzada həlak olan konsulumuzla vida mərasimi keçirildi - Fotolar

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031