Azər Badamov,
Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin sədr müavini


“Gəlirlərdən verginin ödənilməsi beynəlxalq praktikada mövcuddur və bu, yenilik deyil. Bizim dövlət müstəqilliyimiz möhkəmləndikcə hüquqi cəmiyyətin də dərinləşməsi məsələləri öz həllini tapmalıdır. Əslində, qanunlarda bu məsələlər öz əksini tapıb, praktikada tətbiq edilməsi isə, sadəcə, bizim qanunlara tam şəkildə uyğunlaşmadığından böyük bir yenilik və problem kimi qəbul edirik”.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

Azər Badamov bildirib ki, kirayə verilən mənzillərdən əldə olunan gəlirlərin vergiyə cəlb olunması Vergi Məcəlləsində nəzərdə tutulmuş məsələdir:

“Yeni dəyişikliklərdə isə fiziki şəxslərin mənzil kirayə verməsindən əldə olunan gəlirlərin optimallaşdırılması nəzərdə tutulur. Belə ki, mövcud qanunvericilikdə fiziki şəxslərin mənzil kirayə verilməsindən əldə olunan gəlirdən 14% verginin ödənilməsi nəzərdə tutulurdusa, yeni dəyişikliklərdə bu hədd 10%-ə endirilir. Bu isə fiziki şəxslərin daha az ödəniş etməsi deməkdir”.

Deputatın fikrincə, cəmiyyətdə bununla bağlı yaranmış narahatlıq bizim vergi ödəmək təcrübəsinə malik olmamağımızdan irəli gəlir:

“Lakin biz unutmamalıyıq ki, ödədiyimiz vergilər ölkədə sosial-iqtisadi siyasətin daha uğurla həyata keçirilməsinə imkan yaradır. Nəzərə almalıyıq ki, neft-qaz resursları əbədi deyil. O cümlədən son illər neft hasilatında azalmaların baş verdiyinə də diqqət etməliyik. Neftin qlobal bazarlarda qiymətləri də sabit deyil. Bu baxımdan ölkənin dövlət büdcəsinin qeyri-neft sektoru üzərində inkişaf etdirilməsinin prioritet olduğunu anlamalıyıq”.

Azər Badamov qeyd edib ki, Vergi Məcəlləsinə təklif olunmuş digər dəyişikliklər vergi dərəcələrinin optimallaşdırılmasına və sahibkarlıq subyektlərin fəaliyyətinin şəffaflaşmasına dəstək kimi qiymətləndirilməlidir: “2016-cı ildən sonra malların qiymətlərinin, xidmətlərin, əhalinin pul gəlirlərinin artmasına baxmayaraq sadələşdirilmiş vergi ödəyiciləri üçün müəyyən olunmuş limit həddi 12 ayın istənilən dövrü üçün 200 min manat olaraq qalmaqda idi. İndi isə bu limitin 2 dəfə artırılaraq 400 min manata çatdırılması nəzərdə tutulur ki, bu da kiçik və orta sahibkarlıq subyektlərini vergidən yayınmaqdan çəkindirməyə və şəffaflığın artmasına xidmət edəcək.

Digər məsələ ictimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərində 2026-cı ilin 1 yanvarından 3 il müddətinə ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız dövriyyəsinin 50%-nin ƏDV tutulan ümumi dövriyyədən çıxılması, sadələşdirilmiş vergi dərəcəsinin isə 8%-dən 6%-ə endirilməsi ilə bağlıdır. Təbii ki, bu dəyişikliklərin məqsədi sahibkarlığın inkişafına dəstək və iqtisadiyyatın şəffaflaşdırılmasının stimullaşdırılmasıdır”.

Son xəbərlər

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Tovuza dolu düşdü - FOTO

Bu rayonlarda işıq olmayacaq - Yenilənib

Yaş deyil, zaman dəyişir: mədəniyyət institutları yenilənmə yolunda

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır

Türk Hava Yolları saqqal qadağasını ləğv etdi

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Sona Abbaszadə : Dünya məni heçə saydın - FOTO

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

PÜSTƏ RƏVAN : SƏN OLMAYAN YERDƏ - FOTO

Sevgisiz ürək əzablarla qovrular - FOTO

AYNA-nın 141 – çağrı mərkəzi nə vaxt cavab verəcək?

İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş

Yasamalın bu ərazilərində işıq olmayacaq

“Başkalarının hayatı”nın yayım günü dəyişdi

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Tacikistanla oyuna ciddi hazırlaşmışıq - Azərbaycan millisinin futbolçusu

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıya gəldi

“Kızılcık şerbeti”ndə yeni sima - FOTO

Tərəf müqabili oldular

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar

Cansunu bu serialda görəcəksiniz

Nikolas Keycə baxan bir də baxdı - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930