Azərbaycanda ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (restoranlar, kafelər, barlar və digər xidmət obyektləri) dövlət büdcəsinə ƏDV hesablayarkən, nağdsız ödənişlər əsasında formalaşan dövriyyələrinin 50 %-nin ƏDV-yə cəlb olunan ümumi dövriyyədən çıxılması, həmçinin sadələşdirilmiş vergi ödəyən şəxslər üzrə nağdsız dövriyyənin 6 % dərəcə ilə sadələşdirilmiş vergiyə cəlb olunması nəzərdə tutulur.

Bu müddəa 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Sənədə əsasən, yenilik 2026-2029-cu illər üzrə gəlir siyasətinin əsas istiqamətlərindən biri kimi sahibkarlığın dəstəklənməsi və vergi yükünün azaldılması məqsədilə planlaşdırılır.

Maraqlıdır ki, ictimai iaşə obyektlərinə tətbiq ediləcək bu vergi menyu qiymətlərinə necə təsir göstərəcək?

İqtisadçı Akif Nəsirli News24.az-a bildirib ki, nağdsız dövriyyənin 6 % ilə vergiyə cəlb edilməsi qiymətlərə təsirsiz ötüşməyəcək:

"Azərbaycanın ictimai iaşə obyektlərinə tətbiq edilən yeni vergi tələbləri, xüsusilə nağdsız dövriyyənin 6 % ilə vergiyə cəlb olunması qərarı restoran və kafelərin fəaliyyətinə əhəmiyyətli təsir göstərəcək. Bu dəyişikliklər müştəri qiymətləri və xidmət keyfiyyəti üzərində birbaşa təsirə malik olacaq. Nağdsız dövriyyə üzərindən 6 % verginin tətbiqində məqsəd vergi tutulan dövriyyənin şəffaflığını artırmaq və vergi bazasını genişləndirməkdir".

İqtisadçının sözlərinə görə, bu vergi tətbiqi restoran və kafelərin xərclərini artıracaq, çünki vergi məbləği xidmətlərə əlavə xərc kimi daxil ediləcək:

"Bu səbəbdən müştərilərin ödədiyi ümumi məbləğdə kiçik də olsa artım olacaq. Müştərilər menyu qiymətlərində kiçik artımlar müşahidə edə bilərlər, restoranlar isə əlavə xərcləri qarşılamaq üçün xidmət keyfiyyətini artırmağa çalışa bilərlər. Bəzi müəssisələr vergi yükünü menyu qiymətlərinə yansıtmadan daxili strategiyaları ilə qarşılamağa cəhd göstərə bilərlər. Restoranlar müştəriləri yeni vergi tətbiqi barədə açıq və şəffaf şəkildə məlumatlandırmağa çalışa bilərlər".

"Nəticə olaraq, yeni vergi tətbiqi ictimai iaşə sektorunda qiymət artımlarına səbəb ola bilər, lakin müəssisələr bu artımları minimuma endirmək və xidmət keyfiyyətini qorumaq üçün müxtəlif strategiyalar tətbiq edə bilərlər", – deyə Akif Nəsirli qeyd edib.

Aqil Qarayev

Son xəbərlər

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Ət bazarı üçün yeni risk var

Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab

Lilpar Cəmşidqızı : 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb, şəhadətə ucalan Babayev Pərvin Hüseyn oğlunun sentyabr ayının 26- da cənnətdəki mövlud günüdü.

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

İşdən çıxarılan icra başçısı nazir təyin edildi

Milli 1-0 məğlub olduğu üçün istefa verdi

Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Hacıməmməd Məmmədov : Xoş iz buraxmaq istəyən insan - FOTO

Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB

"Hazırda təhsil sahəsində çox iş görülür" - Prezident

ŞƏHİDLƏRİMİZ QÜRURLA ANILDI - FOTOLAR

Şahin Mustafayev rus həmkarı ilə görüşdü

“ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik

Qaradağ rayonunda vulkan püskürüb

Türkiyə millisi Fransaya uduzdu

İKİ GƏNC ÖMÜR VƏ İKİ AİLƏ SEVİNCİ

ÖMRÜN ARXASINCA QALAN İŞIQ…

Fidan Əraqçi ilə görüşdü

"Münasibətlər sıfır səviyyəsindədir" - Putin

10 dəqiqəyə boşandılar? - Soyadını sildi

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

BELA ZƏNGİBASARLI : ÜZ TUTUB VƏTƏNƏ QOVUŞAQ GƏRƏK - FOTO

27. 09.2026-də, saat 11:00-da QOŞMA ƏDƏBİ MƏCLİSİnin növbəti tədbiri keçiriləcək

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930