“AZCON Holding” şirkətlərindən olan ASCO-nun təşəbbüsü ilə çəkilmiş, Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovaya həsr olunmuş “Şövkət” bədii filminin təqdimat mərasimi keçirilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) AZƏRTAC-a bildirilib ki, Nizami Kino Mərkəzində keçirilən tədbirdə “AZCON Holding”, o cümlədən ASCO rəhbərliyi və əməkdaşları, Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) və Azərbaycan Dənizçilik Kollecinin (ADK) tələbələri, ictimaiyyət və mədəniyyət nümayəndələri, jurnalistlər, həmçinin filmin yaradıcı heyəti iştirak edib.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev bildirib ki, 167 illik tarixi olan gəmiçiliyin zəngin irsindən qaynaqlanmaqla çəkilmiş filmin oktyabrın 22-də təqdimatı xüsusi önəm daşıyır. Məhz 2013-cü ilin bu günündə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə fəaliyyət göstərən iki qədim və böyük donanmanın birləşdirilməsi yolu ilə hazırda ASCO brendi ilə fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılıb.

ASCO yarandığı gündən dənizçi peşəsinin nüfuzunun daha da artırılmasının prioritet məsələ olduğunu qeyd edən sədr, “Şövkət” filminin bu məqsədə nail olmaq istiqamətində reallaşdırılan layihələrdən biri olduğunu diqqətə çatdırıb.

Rauf Vəliyev Şövkət Səlimovanın həyat və fəaliyyətinin gənc xanımlar üçün güclü motivasiya mənbəyi olduğunu, ASCO-da həm sahil, həm də üzən heyətdə çalışan, eləcə də ADDA-da təhsil alan xanımların sayının getdikcə artdığını bildirib.

Sonra sədr həmin xanımlardan biri olan RoPax tipli “Zərifə Əliyeva” gəmisində matros kimi çalışan ADDA məzunu Nuranə Əkbərovanı səhnəyə çağırıb və bundan sonra kapitan köməkçisi kimi fəaliyyətini davam etdirəcəyi münasibətilə onu təbrik edib.

Tədbirdə xanım kapitana həsr olunmuş və 1979-cu ildə Xalq artisti Flora Kərimovanın ifa etdiyi “Sular qızı” romansından bir parça səsləndirilib. Romansın səsləndirilməsindən sonra Xalq artisti Flora Kərimova Şövkət Səlimova ilə bağlı xatirələrini bölüşüb.

Daha sonra bədii film nümayiş edilib.

Təqdimatın ardınca filmin yaradıcı heyəti səhnəyə dəvət olunub və onlara ASCO adından “Təşəkkürnamə” təqdim edilib.

Filmin istehsalında 70-dən çox yerli və xarici mütəxəssis, həmçinin 100-dən artıq aktyor iştirak edib. Şövkət Səlimovanın obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırıb. Ekran işində Xalq artisti Qurban İsmayılov, aktyorlar Hikmət Rəhimov, Elsəvər Rəhimov, Nigar Mürsəlova və digər tanınmış simalar da rol alıblar.

Bədii filmin ideya müəllifi ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev, ssenari müəllifləri isə “Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimov və Asif Rüstəmovdur. Filmin quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissoru Rauf Qurbanəliyev, baş prodüseri Tural İbrahimov, icraçı prodüseri isə Səbinə Həsənovadır.

Çəkilişlər zamanı ASCO-nun donanmasına məxsus gəmilər və müxtəlif real məkanlardan geniş istifadə olunub. Həmçinin dövrün ruhunu əks etdirmək məqsədilə unikal rekvizitlər hazırlanıb.







Son xəbərlər

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Ət bazarı üçün yeni risk var

Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab

Lilpar Cəmşidqızı : 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb, şəhadətə ucalan Babayev Pərvin Hüseyn oğlunun sentyabr ayının 26- da cənnətdəki mövlud günüdü.

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

İşdən çıxarılan icra başçısı nazir təyin edildi

Milli 1-0 məğlub olduğu üçün istefa verdi

Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Hacıməmməd Məmmədov : Xoş iz buraxmaq istəyən insan - FOTO

Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB

"Hazırda təhsil sahəsində çox iş görülür" - Prezident

ŞƏHİDLƏRİMİZ QÜRURLA ANILDI - FOTOLAR

Şahin Mustafayev rus həmkarı ilə görüşdü

“ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik

Qaradağ rayonunda vulkan püskürüb

Türkiyə millisi Fransaya uduzdu

İKİ GƏNC ÖMÜR VƏ İKİ AİLƏ SEVİNCİ

ÖMRÜN ARXASINCA QALAN İŞIQ…

Fidan Əraqçi ilə görüşdü

"Münasibətlər sıfır səviyyəsindədir" - Putin

10 dəqiqəyə boşandılar? - Soyadını sildi

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

BELA ZƏNGİBASARLI : ÜZ TUTUB VƏTƏNƏ QOVUŞAQ GƏRƏK - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930