Bir müddət öncə “The Howard Stern Show”a verdiyi müsahibə ilə geniş müzakirələrə səbəb olan məşhur müğənni Cennifer Lopez bu dəfə keçmiş ərinin qəzəbinə tuş gəlib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, müğənninin həyatı boyunca sevməyi bacarmayan kişilərlə tanış olması etirafına cavab olaraq keçmiş həyat yoldaşı Ojani Noa onu xəyanətdə ittiham edib.

51 yaşlı Noa instaqram hesabında paylaşım edərək 56 yaşlı ifaçının ünvanına bu sözləri deyib: “Bizi alçaltmağı, özünü qurban kimi göstərməyi dayandır. Problem biz deyilik, problem sən özünsən. Dörd dəfə evlənmisən və aralarda saysız-hesabsız münasibətlər yaşamısan. Yaxşı münasibətlər də olub… Məsələn, mənimlə”.

O qeyd edib ki, bir neçə dəfə evliliklərini xilas etməyə də çalışıb: “Mən möhtəşəm, sevgi dolu bir insanam, yaxşı bir insanam. Səmimi, sədaqətli oldum, yalan danışmadım, pis davranmadım, səni aldatmadım. Amma sən şöhrət və sərvəti münasibətimizdən üstün tutdun. Yalan deməyi, aldatmağı seçdin. Mən evliliyi davam etdirməyə çalışdım. Sən davamlı olaraq aldatmaq və yalan danışmaq istədin. Mən isə artıq yalanlarla başa çıxmaq istəmədim. Buna görə səni tərk etdim, boşandım. Həqiqəti bir dəfə də olsa söylə. İnsanlara problemin sən olduğunu göstər”.

Xatırladaq ki, Lopez “The Howard Stern Show”da “heç vaxt həqiqətən sevilmədiniz” sualına “xeyr” cavabını verib.

“Mən öyrəndim ki, problem mənim sevilməməyim deyil – problem onların bacarmamasıdır… Onlar bunu edə bilmirlər”, – müğənni əlavə edib.

Qeyd edək ki, C.Lopez dörd dəfə ailə qurub. Lopez Noa ilə 1996-cı ildə Mayamidə restoranda tanış olub. Onlar 1997-ci ilin fevralında evlənib, amma 11 ay sonra boşanıblar. Noadan sonra Lopez 2001–2002-ci illərdə Kris Cudd və 2004–2011-ci illərdə Mark Entoni ilə evli olub. 57 yaşlı Entoni onun 17 yaşlı əkizləri - Maks və Emmenin atasıdır. İkinci boşanmasından sonra müğənni aktyor Ben Affleklə sevgili olub. 2003-cü ildə onlar planlaşdırılmış toyu gözlənilmədən təxirə salıblar və tezliklə ayrılıblar. Keçmiş sevgililər 2021-ci ildə münasibətlərini bərpa edib, 2022-ci ildə ailə qurublar. 2024-cü ilin avqustunda isə boşanıblar.



Son xəbərlər

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Afra Saraçoğlu da saxlanıldı

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

Qızının adı həmin mahnı ilə bağlıdır

İlk sərhədçi general vəfat etdi

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Vaqifin məqbərəsi önündə — Şuşada

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930