Qasım Qasımov,
YAP Qobustan rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı tərəfindən partiyanın veteran üzvlərindən olan Ağamirzə Dəmirovun 75 illik yubileyi münasibətilə onunla evində, Xilmilli kəndində görüş keçirilmişdir.


Görüşdə Qobustan rayon İcra Hakimiyyəti başçısının Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Bayramov, yubilyarın yaxın qohumları və dostları iştirak etmişlər.YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov Ağamirzə Dəmirov haqqında məlumat verdikdən sonra qeyd etmişdir ki, Ağamirzə Dəmirov YAP Qobustan rayon təşkilatının formalaşmasında fəal iştirak etmişdir.
Yubilyar uzun illər 1973-cü ildən 2020-ci ilədək Xilmilli kənd həkim məntəqəsində feldşer kimi çalışmış və əhalinin sağlamlığına ləyaqətlə xidmət etmişdir.Rayon təşkilatının sədri daha sonra yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulamışdır.
Sonra Yubilyarın haqqında onunla həmyaşıd olan dostları,təqaüdçü müəllimlər Səlahəddin Mürsəlov,Elxan Həsənov və həkim Ramiz Hümbətov çıxış edərək yubilyarla bağlı xoş xatirələrini bölüşmüşlər.
Görüşün sonunda çıxış edən partiya veteranı Ağamirzə Dəmirov göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.
Sonda partiya veteranı Ağamirzə Dəmirova rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 75 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edilmişdir.






Son xəbərlər

Şəkəri hansı məhsullarla əvəz etmək olar? - Diyetoloqdan açıqlama

Vergi güzəştlərinin tətbiq sahəsi müəyyənləşir - Yeni qaydalar belə olacaq

Xəzərdə zəlzələ oldu

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

Mümkün üçtərəfli görüşün tarixini açıqladı

Hande Erçel Cennifer Lopezlə bir arada - Fotolar

YAP-ın növbəti qurultayı bu tarixdə keçiriləcək

Çin ilk dəfə olaraq Almaniyaya ən çox avtomobil tədarük edən ölkə oldu

Formula 1-ə görə metroda iş saatı uzadılacaq

Hicran Fuad Əhmədli : BAĞIŞLA AĞAC - FOTO

Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930