Xəbərlər
11.08.2025, 14:20
Partiya veteranı Məmmədağa Məmmədovun 75 illik yubileyi qeyd olunmuşdur - FOTOLAR
Qasım Qasımov,
YAP Qobustan rayon təşkilatının sədri
Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı tərəfindən partiyanın veteran üzvlərindən olan Məmmədağa Məmmədovun 75 illik yubileyi münasibətilə onunla evində görüş keçirilmişdir. Görüşdə YAP Qobustan rayon təşkilatının əməkdaşları, Cəyirli bələdiyyəsinin sədri Aynur Axundova, kənd məscidinin imamı hacı Həqiqət Rəcəbov, yubilyarın övladları, nəvələri və yaxın qohumları iştirak etmişlər.YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov Məmmədağa Məmmədov haqqında məlumat verdikdən sonra qeyd etmişdir ki, Məmmədağa Məmmədov YAP Qobustan rayon təşkilatının yaradıcılarından biri olmaqla YAP Qobustan rayon təşkilatının formalaşmasında fəal iştirak etmişdir.
Yubilyar uzun illər müxtəlif rəhbər vəzifələrdə çalışmış, Cəyirli məktəbinin direktoru, sovxoz partiya komitəsinin katibi, sovxoz direktoru və Qobustan rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləmişdir.
Rayon təşkilatının sədri daha sonra yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulamışdır.
Sonra hacı Həqiqət Rəcəbov və Aynur Axundova çıxış edərək yubilyarla bağlı xoş xatirələrini bölüşmüşlər.
Görüşün sonunda çıxış edən partiya veteranı Məmmədağa Məmmədov göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.
Sonda partiya veteranı Məmmədağa Məmmədova rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 75 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edilmişdir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay