Ədliyyə Nazirliyinin və Audiovizual Şuranın birgə təşkilatçılığı ilə Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması və dövlət idarəçiliyində dil mədəniyyətinin gücləndirilməsi məqsədilə maarifləndirici tədbir keçirilib.

Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, Ədliyyə Akademiyasında keçirilən tədbirdə Azərbaycan dilinin qorunması, qloballaşma dövründə onun istifadəsinin daha da genişləndirilməsi, ədəbi dil normalarının ictimaiyyətlə ünsiyyətdə düzgün tətbiqi, eləcə də peşəkar üslubun formalaşdırılması kimi mövzular müzakirə olunub.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini, Azərbaycanın Əməkdar artisti, telejurnalist, rejissor Rafiq Həşimov mövzu ilə bağlı çıxış edərək dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiqinin vacibliyini vurğulayıb. O bildirib ki, peşəkar ünsiyyətin səlis və anlaşıqlı qurulması həm vətəndaşlarla kommunikasiya, həm də ictimai rəyin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə keçirilən maarifləndirmə tədbirləri və treninqlər əməkdaşların dil biliklərinin təkmilləşdirilməsinə, üslub pozuntularının qarşısının alınmasına, eyni zamanda, Azərbaycan ədəbi dil normalarının qorunmasına xidmət edir.

Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov, Audiovizual Şuranın mətbuat katibi Taleh Quliyev və Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəisi Ləman Hüseynzadə çıxışlarında Azərbaycan ədəbi dilinin normalarına ciddi surətdə əməl olunmasının vacibliyini qeyd ediblər.

İnteraktiv müzakirələr zamanı iştirakçıların sualları cavablandırılıb, onlara ədəbi dil normalarının düzgün tətbiqi və nitq mədəniyyətinin qorunması barədə məlumat verilib. Tədbirdə, həmçinin İqtisadiyyat Nazirliyinin, Elm və Təhsil Nazirliyinin nümayəndələri də iştirak ediblər.




Son xəbərlər

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Floridada “Şahed-136”nın ABŞ klonu tapıldı - Pentaqon susur

Gələn ildən maaşlardan tutulan gəlir vergisi dəyişir - YENİ HESABLAMA QAYDASI

Alim Qasımov Üzeyirlə duetindən danışdı

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930