Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib


Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Bilik günü və I kurs kursantlarının "Polis Andı"nı qəbul etmələri münasibəti ilə təntənəli mərasim keçirilib. Tədbirə başlamazdan öncə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan həmkarlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının dövlət himni ifa edilib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mərasimi giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov tədbir iştirakçılarını salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun təbrik və tövsiyələrini şəxsi heyətə çatdırıb.

Ötən dövr ərzində əldə olunmuş nailiyyətlərə toxunan Akademiya rəisi müasir meyarlara cavab verən təhsil prosesinin həyata keçirilməsi və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilən peşəkar polis kadrlarının hazırlığı istiqamətində qarşıya qoyulmuş vəzifələrin bundan sonra da əzmlə yerinə yetiriləcəyini vurğulayıb.

Tədbirin davamı olaraq 2024-2025-ci tədris ilini müvəffəqiyyətlə başa vuraraq tədris və idman nəticələrinə görə Polis Akademiyasının kursantları arasında "Əlaçı kursant" və ll dərəcəli "İdmançı kursant" döş nişanlarına layiq görülmüş, habelə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən lll ixtisas qrupu üzrə keçirilmiş imtahanlarda 650 və yuxarı bal toplayaraq Polis Akademiyasına qəbul olmuş gənc kursantlara döş nişanları və qiymətli hədiyyələr təqdim edilib.

Sonra 2024-2025-ci tədris ilini "Əlaçı" döş nişanı ilə başa vurmuş 4-cü kurs kursantı Elbrus Abbasov çıxış edərək göstərilən qayğı, etimad və dəstəyə görə akademiya rəhbərliyi və elmi pedaqoji kollektivinə öz təşəkkürlərini çatdırıb. Mərasim I kurs kursantlarının "Polis Andı"nı qəbul etmələri ilə davam edib. Daha sonra I kurs kursantı Hacıalı Hacıyev çıxış edərək bu əlamətdar gün münasibətilə kurs yoldaşlarını təbrik edib. Tədbirin davamında təntənəli marş sədaları altında şəxsi heyət təntənəli keçidlə tribunanın qarşısından keçib.

Sonda Polis Akademiyasının şəxsi heyəti Bilik günü və I kurs kursantlarının "Polis Andı"nı qəbul etmələri həsr olunan fləşmob keçirib.

Son xəbərlər

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

"Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış - FOTO

Xərçənglə bağlı yeni kəşf: 1 800-ə yaxın mikropetid aşkarlandı

Dolların qlobal çöküşü başladı - İki dünya nəhəngi ABŞ valyutasını necə sıxışdırır?

Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi

Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib

Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib

Naftalan sanatoriyasının direktoru vəfat etdi

Zelenski təyyarəsinə edilən hücum cəhdlərindən danışdı

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi

Bakının bu ərazilərində suyun verilişində fasilə olacaq

Komada olan qadın mələk görüb, ana dilini unutdu

Raqif Nazimoğlu : Bu,nə xəbər idi ... FOTO

Rafael MƏMMƏDOV - 60

VALİDEYNƏ EHTİRAM

“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs

Tarix Vüsallı : Mən küləklə danışıram gecələr - FOTO

lk Yardım və Miqrasiya kontekstində tədbir - FOTOLAR

“Sizi məhv etməyəcəyik” - Süni intellekt aktrisasından ŞOK AÇIQLAMA

Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub

Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş

Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat - Saxlanılanlar var

“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb

İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar

Polis Akademiyasında andiçmə mərasimi olub

Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930