Bu yayın son ayı mədəniyyət sahəsində böyük itkiləri ilə yadda qaldı. Avqustda bir neçə sənətkar, yazıçı, musiqiçi və teatr xadimi dünyadan köçsə də, ölkəmizdə yaradıcı mühitin inkişafına verdikləri töhfələrlə daim xatırlanacaqlar.

“Qafqazinfo” avqustda itirdiyimiz mədəniyyət xadimləri ilə bağlı qısa xülasəni təqdim edir:

Ayın ilk günü Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verdi. Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev 87 yaşında vəfat etdi. Sənətkarla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirildi və o, 1-ci Fəxri xiyabanda dəfn olundu.

1938-ci ildə Ağdamın Sarıhacılı kəndində doğulan xanəndənin yaradıcılığında “Şur”, “Segah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. O xüsusilə “Segah”ı təkrarolunmaz üslubda ifa etməsi ilə yadda qaldı.

Avqustun 2-si Şəki Dövlət Dram Teatrının aktrisası Brilyant Babayeva dünyasını dəyişdi. O, 1963-cü ildə Şəki şəhərində anadan olmuşdu. 63 yaşlı aktrisa 45 ilə yaxın Şəki Dövlət Dram Teatrında çalışmışdı.

Xalq yazıçısı Elçin Əfəndiyev də bu ayda itirdiyimiz mədəniyyət xadimlərindən oldu.

Avqustun 3-ü vəfat edən yazıçı ilə növbəti gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında vida mərasimi keçirildi. Elçin 1-ci Fəxri xiyabanda atası, Azərbaycan SSR Xalq yazıçısı İlyas Əfəndiyevin yanında torpağa tapşırıldı.

82 yaşında dünyasını dəyişən Elçin görkəmli yazıçı olmaqla yanaşı nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003) dövlət və ictimai xadim idi. Onun zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan ədəbiyyatının “Qızıl fond”una daxil olub.

Avqustun 13-də isə şair, nasir, jurnalist Kəramət Şükürovun küçədə meyiti tapıldı.

1957-ci ildə Masallının Göyçöl kəndində anadan olan şair AYB-nin Natəvan adına klubunun direktoru olub. Bir sıra qəzetlərlə əməkdaşlıq edib.

68 yaşında vəfat edən K. Şükürovun küçədə ölməsi hər kəsi dərindən sarsıtdı.

63 yaşlı yazıçı, prodüser Vüqar Tapdıqlı da bu ayda dünyasını dəyişdi.

Avqustun 14-ü vəfat edən yazıçı 1962-ci ildə Gədəbəydə anadan olub. 1985-2009-cu illərdə Azərbaycan televiziyasında çalışıb, uzun müddət “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin rəhbəri, Azərbaycan Dövlət Foto-Kino Sənədləri Arxivinin direktoru olub.

Avqustun 16-sı isə Vidadi Babanlını itirdik. 98 yaşında dünyasını dəyişən yazıçı doğulduğu Qazax rayonunda dəfn edildi.

“Şöhrət” ordenli yazıçı “Anam sən oldun”, “Dərd məni dinləndirir”, “Öz evində qonaq”, “Mənim gizlinlərim” kimi nəsr əsərlərinin müəllifidir. V. Babanlının “Vicdan susanda”, “Gəlin”, “Ömürlük cəza” adlı məşhur kitabları var.

Bir neçə gün sonra, avqustun 19-da şair Məmməd İsmayıl vəfat etdi.

O, 1939-cu ildə Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olmuşdu.

Şair “Ana əlləri”, “Dünyaya baxıram”, “Söz vaxtına çəkər” kimi şeirləri, “Xalq nəğmələri”, “Sazın söz karvanı”, “Yoxun varlığı” kimi kitabları ilə tanınıb.

M. İsmayıl ürək çatışmazlığı və yanaşı xəstəliklərdən əziyyət çəkirdi, ölüm səbəbi isə ağciyər xərçəngi olub.

Bu ayda itirdiyimiz mədəniyyət xadimlərindən sonuncusu isə 86 yaşlı şair Arif Əbdüloğlu (Arif Əbdül oğlu İsmayılov) oldu.

Avqustun 20-si dünyasını dəyişən publisist Prezident İlham Əliyevin 21 iyul 2025-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdu. Onun 2019-cu ildə nəşr olunmuş “Vətəndir sevdiyim, sevildiyim yer”, eləcə də 2024-cü ildə işıq üzü görmüş “Bütövləşən vətənim” kitabları oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb.


Lamiyə Məmmədova

Son xəbərlər

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Tovuza dolu düşdü - FOTO

Bu rayonlarda işıq olmayacaq - Yenilənib

Yaş deyil, zaman dəyişir: mədəniyyət institutları yenilənmə yolunda

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır

Türk Hava Yolları saqqal qadağasını ləğv etdi

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Sona Abbaszadə : Dünya məni heçə saydın - FOTO

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

PÜSTƏ RƏVAN : SƏN OLMAYAN YERDƏ - FOTO

Sevgisiz ürək əzablarla qovrular - FOTO

AYNA-nın 141 – çağrı mərkəzi nə vaxt cavab verəcək?

İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş

Yasamalın bu ərazilərində işıq olmayacaq

“Başkalarının hayatı”nın yayım günü dəyişdi

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Tacikistanla oyuna ciddi hazırlaşmışıq - Azərbaycan millisinin futbolçusu

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıya gəldi

“Kızılcık şerbeti”ndə yeni sima - FOTO

Tərəf müqabili oldular

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar

Cansunu bu serialda görəcəksiniz

Nikolas Keycə baxan bir də baxdı - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930