Türkiyədən Azərbaycana 200 milyonluq silah krediti açıldı – Pilotsuz döyüş təyyarələri və daha nələr alınacaq…


Ötən həftə Azərbaycanla Türkiyə arasında imzalanmış “Hərbi sahədə maliyyə əməkdaşlığı anlaşması” qüvvəyə minib. Bu anlaşmaya əsasən Türkiyə Azərbaycana 200 milyon TL məbləğində kredit xətti açır və Azərbaycan həmin pulla Türkiyədən hərbi texnika, silahlar ala bilər.

İctimai Televiziyanın hazırladığı reportajda Türkiyədən təhlükəsizlik və terrorla mübarizə eksperti Coşkun Başbuğ deyib ki, Azərbaycan qardaş ölkədən istədiyi silahı və texnikanı ala bilər. Amma inkişaf edən texnologiyaları, yeni müharibə metodlarını və regiondakı şərtləri nəzərə alaraq Azərbaycan Türkiyədən daha çox yeni döyüş sistemləri, o cümlədən pilotsuz döyüş təyyarələri, pilotsuz kəşfiyyat təyyarələri və “Atak” hücum vertolyotları ala bilər. Hərbi və strateji məsələlər üzrə ekspert Yusuf Alabarda isə Türkiyənin istehsal etdiyi silahlı və silahsız PUA-lar Dağlıq Qarabağda potensial döyüş əməliyyatlarında effektli olacaq. Çünki həm Suriyada, həm Liviyada Türkiyənin döyüş pilotsuz təyyarələri hərbi əməliyyatlar teatrında vəziyyəti Ankaranın xeyrinə dəyişdirə bilib.
Türkiyədən Azərbaycana 200 milyonluq silah krediti açıldı – Pilotsuz döyüş təyyarələri və daha nələr alınacaq…

Qeyd edək ki, Azərbaycanın Türkiyədən “Bayraktar” , “Akıncı” və digər pilotsuz aparatlar almasının gündəmdə olduğu barədə virtualaz.org hələ İdlibdə gedən döyüşlər zamanı yazıb. Həmin döyüşlər zamanı Türkiyənin sürü halında istifadə edilən zərbə dronları Bəşər Əsədin İdlibi tutmaq üçün hücum edən iri qoşun qruplaşmasını ciddi itkilərə məruz qoyub. Nəticədə Əsəd və ona dəstək verən Rusiya atəşkəsə razılaşıb. Liviyada isə Milli Birlik Hökumətinin qüvvələri qiyamçı feldmarşal Xəlifə Haftarın qüvvələrinə qarşı Türkiyənin “Bayraktar” döyüş pilotsuz aparatlarını tətbiq edərək onu ciddi itkilərə məruz qoyub. O cümlədən Haftarın Rusiyadan aldığı 10-dan çox “Pantsir” zenith-raket kompleksləri vurulub. Nəticədə Haftarın ordusu paytaxt Tripoli üzərinə hücumu dayandıraraq geri çəkilib.
Türkiyədən Azərbaycana 200 milyonluq silah krediti açıldı – Pilotsuz döyüş təyyarələri və daha nələr alınacaq…

Azərbaycan müdafiə naziri Zakir Həsənov mart ayında keçirdiyi xidməti müşavirədə İdlib döyüşlərinin təcrübəsinin öyrənildiyini və Türkiyədən yeni silahların alınması üçün iş getdiyini demişdi. Başqa sözlə, şübhəsizdir ki, tezliklə Türkiyə hərbi sənayesinin istehsalı olan və dünyanın aparıcı ölkələrini də təəcübləndirən, hədəfi yüksək dəqiqliklə vuran “ağıllı” raketlərlə təchiz olunmuş pilotsuz döyüş sistemləri Azərbaycan ordusunun silahlanmasında yer alacaq./virtualaz.org/

Son xəbərlər

Bakıda 20 istiqamətdə tıxac müşahidə olunur

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edib

SEPAH ABŞ və İsrailə məxsus gəmini vurduğunu açıqlayıb

Tanınmış cərrah 44 yaşda vəfat etdi — FOTO

5 yaşlı uşaq su anbarına düşüb öldü

Millimiz AÇ-nin 1/4 finalında

101 yaşı var, hələ də maşın sürüb sevgi romanları oxuyur

Tramp İranla danışıqların uzanmasından narazıdır

Astara kəndlərində işığın verilməsində fasilə olacaq

Tramp Ankaraya gedəcək

Yunanıstan millisinin keçmiş müdafiəçisi vəfat etdi

40 yaşlı Luka Modriç Xorvatiyanın dünya çempionatı heyətinə daxil edilib

Rusiya Ermənistandan meyvə və üzüm idxalına məhdudiyyət qoyur

“Hizbullah” İsraillə atəşkəsi təsdiqlədi

Media: Aİ üçüncü ölkələrdə deportasiya mərkəzlərinin yaradılmasına razılıq verib

Türkiyə millisi Şimali Makedoniyanı darmadağın etdi

Bu həftə ehtiyatlı olun! - Xəbərdarlıq

"Kuruluş Osman"ın aktyoru yeni serialda

"Kızılcık şerbeti"ndə yeni aktrisa - FOTO

Mövqesiz insanlar , izsiz yaşayanlardır.

Gələn mövsüm onu “Kızılcık Şerbeti”ndə görməyəcəyik

Şumaxerin qardaşı həmcinsi ilə evləndi - Fotolar

Cəlilabadda milli-ədəbi layihə

AYNUR ZEYNALLI İNSANLARIN QƏLBİNDƏ TAXT QURUB - FOTOLAR

Enerji Əməkdaşlığı üzrə Bakı Bəyannaməsi qəbul ediləcək

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinə qəbul başlayıb

Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930