Göygöl rayonunun Keşkü kəndində Aqrar Biznes Festivalı və “II Moruq Festivalı” keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, bölgənin aqrar potensialının və aqroturizmin inkişafına dəstək məqsədilə keçirilən bu tədbir Göygöl Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi, "AzerGold" QSC, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax Regional Koordinatorluğu, DNK Hospital, “Göygöl Şərab Zavodu” ASC, “Şirin Aqro” QSC, “Prior Leasing” və digər dövlət və özəl qurumların tərəfdaşlığı ilə baş tutub.

Tədbirin açılış mərasimində çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, “II Moruq Festivalı” yerli istehsalçılara öz məhsullarını daha geniş auditoriyaya tanıtmağa, aqroturizmin inkişafı baxımından Göygöl rayonunun imkanlarının nümayişinə imkan verir. O qeyd edib ki, festivalın təşkilində məqsəd bölgənin turizm sektoru üzrə rəqabət qabiliyyətini yüksəltmək, aqroturizmin inkişafına dəstək vermək, Göygöl rayonunun unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq, moruq istehsalının təşviqi yolu ilə iqtisadiyyatın inkişafına töhfə verməkdir. İkinci dəfə keçirilən festivala çox böyük marağın olduğunu deyən E. Paşayev Göygöl rayonunun ölkəmizdə ən çox giləmeyvə, o cümlədən moruq becərilən rayonlardan biri olduğunu xatırladıb, iştirakçılara və qonaqlara uğurlar diləyib.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, bölgələrdə təşkil olunan məhsul festivalları aqrar sahədə çalışan fermerlər və sahibkarlar üçün öz məhsullarını nümayiş etdirmək, yeni satış kanalları tapmaq və təcrübə mübadiləsi aparmaq üçün gözəl bir platformaya çevrilib. O, keçirilən festivalların həm də maarifləndirmə baxımından mühüm əhəmiyyət kəsb etdiyini, festivallar çərçivəsində “Aqrar sahəyə dövlət dəstəyi mexanizmləri” panel müzakirələrin və kredit yarmarkasının təşkil olunduğunu xatırladıb.

Tədbirin açılış mərasimində çıxış edən digər natiqlər Göygöl rayonunda keçirilən “II Moruq Festivalı” və Aqrar Biznes Festivalının bölgənin kənd təsərrüfatı və turizm potensialını daha yaxşı formada dəyərləndirmək baxımından əhəmiyyət kəsb etdiyini bildiriblər.

Daha sonra tədbirin təşkilatçıları festivalda iştirak edən giləmeyvə istehsalçılarının, Aqrar Biznes Festivalında iştirak edən özəl və dövlət qurumlarının stendləri ilə tanış olublar.

Qeyd olunub ki, Göygöl rayonunda “II Moruq Festivalı” ilə yanaşı, Aqrar Biznes Festivalı da keçirilib. Bu festival kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələr, dövlət qurumları və sahibkarların bir araya gəldiyi mühüm platforma sayılır. Göygöl rayonunda keçirilən növbəti Aqrar Biznes Festivalı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub və nazirliyin tabeli qurumları tədbirdə fəal iştirak ediblər.

Festivalda iştirak edən özəl və dövlət qurumları tərəfindən fermerlərə və festival iştirakçılarına aqrar sahədə xidmətlər və dəstək alətləri barədə ətraflı məlumat verilib. Festival iştirakçılarına, həmçinin toxumçuluq, gübrə və pestisid istehsalı, aqrotexnika, suvarma sistemləri sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən məhsul və xidmətlər təqdim olunub.

Aqrar Biznes Festivalı çərçivəsində təşkil edilən kredit yarmarkasında iştirak edən ölkənin aparıcı bankları və maliyyə institutları kənd təsərrüfatı sahibkarlarına güzəştli kreditlər, dövlət dəstəyi mexanizmləri və investisiya imkanları barədə ətraflı məlumat veriblər. Fermerlər bank nümayəndələri ilə birbaşa ünsiyyət quraraq yeni maliyyələşmə alətlərindən necə faydalana biləcəkləri barədə praktiki bilgilər əldə ediblər.

Aqrar Biznes Festivalı çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib. Müzakirələrdə kənd təsərrüfatında dövlət dəstəyi alətlərinə əlçatanlıq, kredit və sığorta imkanları, məşğulluğun artırılması, qida təhlükəsizliyi standartları və sahibkarların bazara çıxış imkanlarının artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Bundan başqa, Keşkü kəndində təşkil olunan festivallarda ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılıb, yerli istehsalçılar tərəfindən təqdim olunan moruq növlərinin dequstasiyası və satışı təşkil edilib. Tədbir çərçivəsində qonaqlar üçün müxtəlif əyləncəli şou proqramlar, ustad dərsləri nümayiş olunub. Ziyarətçilər, həmçinin sənətkarların hazırladıqları əl işləri ilə tanış olmaq, açıq havada konsert proqramını, idmançıların nümunəvi çıxışlarını izləmək imkanı əldə ediblər.

Göygöl rayonu Azərbaycanda ən çox giləmeyvə becərilən rayonlardan biridir. Son illər rayonda moruq bitkisinin sənaye üsulu ilə becərilməsi həyata keçirilir. Fermerlər moruğun daha məhsuldar olan “Polka” və “Polyana” sortlarını becərməyə üstünlük verirlər. Ötən il Göygöldə 120,5 hektar sahədə giləmeyvə, əsasən moruq və böyürtkən becərilib. Sahələrdən 164,6 ton məhsul yığılıb, orta məhsuldarlıq 14,2 sent/ha olub.

İki gün davam edən festivalları minlərlə qonaq ziyarət edib.
















Son xəbərlər

23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH

Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - Fotolar

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Lilpar Cəmşidqızı : Sənin səmadə, cənnətdədir ünvanın, Asim - FOTO

Dörd yaşında yarımçıq qalan ömür

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı

Elxas Comərd : AĞRIDAN DOĞAN ZƏFƏR - FOTO

Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

MƏXFİ ƏMƏLİYYAT: SUVERENLİYƏ APARAN YOL

Bazar günü arabir yağış yağacaq

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Hasil Abbasov gənc xanıma vəzifə verdi - FOTO

Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - Fotolar

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930