Xəbərlər
30.08.2025, 15:27
Müəllif: Həsən Lütfi : İmadəddin Nəsiminin qəzəlinə nəzirə - FOTO
Sübh nurəndam yarım nur otağından gəlir,
Sanki ülya bir mələkdir, ərş tağından gəlir.
Yavru ceyrantək çıxıb seyranə heyran olduğum,
Müşk iyi ənbər telindən, tər buxağından gəlir.
Başlayır könlüm sürudə xoşsəda xəlxal ilə,
Ta səhərlər xoş səda dildar ayağından gəlir.
Əlləri gül busəsindən bağ ara məcruh olur,
Qolları siqlətdə yüngül gül budağından gəlir.
Gözlərində, el sanır, uyqu xumarı var hələ,
Yox, təmaşa məstidir, ayna qabağından gəlir.
Şehlə süslənmiş süsənlər baş əyirlər hüsnünə,
Eşqinə minbir tərənnüm can dodağından gəlir.
Qəlbinə ilham əsən dəmlərdi, şükr et, Lütfiya,
Bu nəsimi-lütfdür, firdövs bağından gəlir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay