Avqustun 23-də Bakının Nizami rayonunda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunan tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 10 litr tutumu olan şüşə butulka/banka, 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.

Əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırılması və çeşidləmə vərdişlərinin təşviq olunması məqsədilə keçirilən və maraqlı interaktiv tədbirlər də yer aldığı festivalda vətəndaşlar tullantıları gətirərək həm təbiətə töhfə verib, həm də müxtəlif hədiyyələr qazanıblar.

Festival zamanı ümumi tutumu 8 985 litr olan plastik tullantı, 1890 olan şüşə tullantı, 2 620 işlənmiş batareya toplanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a açıqlamasında tədbirin bu il ərzində 5-ci festival olduğunu bildirib. Qeyd olunub ki, bu festival da daxil olmaqla 28 min litrdən artıq plastik butulka, 5 min litrə kimi şüşə butulka, 4 500-dən artıq işlənmiş batareya təhvil götürülüb: "Ötən il yeddi belə festival keçirilib. Bu, ən çox sevilən tədbirlərdən biridir və vətəndaşlar kifayət qədər maraq göstərirlər. Onlar evdə çeşidlədikləri plastik, şüşə tullantıları təhvil verərək əvəzində müxtəlif hədiyyələr - kitablar, məktəbli ləvazimatları, qida məhsulları və s. götürüblər. Əslində hər kəs tullantıları düzgün idarəetmə vərdişlərinə malik olmalıdır. Məlum məsələdir ki, paytaxt və rayonlarda çeşidlənmə konteynerləri quraşdırılıb. Biz sadəcə istəyirik ki, vətəndaşlar tullantıların təbiətə verdiyi zərəri anlasınlar və onun qarşısını almaq üçün öz əllərindən gələni əsirgəməsinlər. Bu cür aksiyalar zamanı vətəndaşları tullantıların çeşidlənməsinə stimullaşdırmaq istəyirik. Onlar başa düşsünlər ki, tullantı saydığımız hər şey heç də lazımsız vasitə deyil. Əşyanın öz təyinatı üzrə proses başa çatıbsa, bundan sonra da o, yenidən xammala çevrilə bilər. Plastik tullantılar bu gün qlobal ekoloji problemlərdən biridir. Ölkəmizdə nazirlik tərəfindən bu yöndə maarifləndirici tədbirlər mütəmadi olaraq keçirilir".








Son xəbərlər

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

VƏTƏNİN ÜRƏYİNDƏ QALAN AĞRI - FOTOLAR

Əfqanıstanda zəlzələ oldu

Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Qızılı çox olanlara pis xəbər

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

15 illik həsrətə son qoyan adam! - Fotolar

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031