Xəbərlər
23.08.2025, 01:14
“Bavariya” Bundesliqanın yeni mövsümünün açılış matçında “Leyptsiq”i darmadağın edib
Futbol üzrə Almaniya çempionatının - Bundesliqanın 2025-2026-cı il mövsümünə “Bavariya” - “Leyptsiq” oyunu ilə start verilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Münxen təmsilçisi qonaqları 6:0 hesabı ilə darmadağın edib.
Ev sahibləri Maykl Olise (27, 42) və Luis Diasın (32) qolları ilə fasiləyə 3:0 hesablı üstünlüklə yollanıblar.
İkinci hissədə Münxen təmsilçisinin ingilis legioneri Harri Keyn het-trik edib. O, 64-cü, 74-cü və 77-ci dəqiqələrdə qonaqların qapısına yol tapıb.
Xatırladaq ki, Bundesliqanın sonuncu mövsümü “Bavariya”nın çempionluğu ilə başa çatmışdı. Çempionatda 82 xal toplayan komanda ən yaxın rəqibi “Bayer Leverkuzen”i 13 xal qabaqlayaraq ilk sırada yer almışdı.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay