Bundesliqanın 32-ci turunda Münxenin “Bavariya” klubu “Leyptsiq”in qonağı olub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüşdə qalib müəyyənləşməyib – 3:3. Ev sahibləri 11-ci dəqiqədə Benyamin Sesko və 39-cu dəqiqədə Lukas Klostermanın qolları ilə hesabda irəli çıxıblar. Lakin “Bavariya” ikinci hissədə Erik Dayer (62), Maykl Olise (63) və Leroy Sanenin (84) sayəsində oyunda dönüş yarada bilib. Buna baxmayaraq, “Leyptsiq” əsas vaxta əlavə edilmiş hissədə (90+5) Yussuf Poulsenin qolu ilə məğlubiyyətdən xilas olmağı bacarıb.

Bu turda “Borussiya Mönxenqladbax” – “Hoffenhaym” oyununda da çoxqollu nəticə qeydə alınıb. Görüş 4:4 hesabı ilə başa çatıb. “Union Berlin” öz meydanında “Verder Bremen” ilə “sülh bağlayıb”– 2:2. Bununla da paytaxt təmsilçisi ardıcıl dördüncü oyunda da 1 xalla kifayətlənməli olub. “St. Pauli” ev oyununda “Ştutqart”a minimal hesabla uduzub. Son beş görüşün birini heç-heçə, dördünü isə qələbə ilə başa vuran “Borussiya Dortmund” bu turda da üç xala sevinib. Komanda “Volfsburq”u məğlubiyyətə uğradıb - 4:0.

Tura mayın 4-də keçiriləcək “Auqsburq” – “Holstayn Kiel”, “Frayburq” – Bayer Leverkuzen” və “Maynts” – “Aytraxt Frankfurt” görüşləri ilə yekun vurulacaq.

Qeyd edək ki, Bundesliqanın 32-ci turunun açılış matçı – “Haydenhaym” - “Boxum” görüşü qolsuz heç-heçə başa çatıb.

Çempionatın başa çatmasına iki tur qalmış hesabında 76 xalI olan “Bavariya” çempionluğu artıq təmin edib. Belə ki, onun ən yaxın izləyicisi “Bayer Leverkuzen”in aktivində 67 xal var. Leverkuzen təmsilçisi 32-ci tur çərçivəsində sabah “Frayburq”a qalib gələcəyi təqdirdə xal fərqi 6-ya ensə də, “Bavariya” ilə top nisbəti 30 qola yaxın olur.

Son xəbərlər

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Mahnılarından biri 20 il müddətində zaman kapsulunda qalacaq

Qızıldan don geyindi - Fotolar

Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq – FOTO

111 rəqəmini tez-tez görürsünüz? - Mələklər sizi izləyir

Professor və gənc pedaqoqun yanlış və düzgün tərbiyə problemlərinə dair kitabı nəşr olunmuşdur.

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31