Xəbərlər
5.08.2025, 15:13
İLQAR SÜLEYMANLI BİZƏBAN : Yaxıbdır vəsl şövqiylə çırağın da ocağında - FOTO
Dolandım bağü gülzari,gözəl güllər sorağında,
Qızıl qanın töküb gördüm ki,bülbüllər budağında.
Xəyalım uçdu başımdan,dolandı ərşi-ə`lanı,
Yararlansın,bu fürsətdən-salıb məskən bucağında.
Günəş də aşiq olmuşdur,nəzər çəkmir,bu gülşəndən,
Onun da meyli var guya mənim tək gül dodağında.
Səbadan ki,xəbərlərdir yetir, əndişəm artmaqda,...
Məni,-söz verdi dildarım-hələ yaxsın fərağında.
Ədasızdır mənim yarım,yığar zülfün camalından,
Edər həm fəxr,var xali-həbəş türki yanağında.
Vəfadan dəm vuran hər kəs,umar hər dəm səfa görsün,
Mənəm Məcnun tək hərgah,qalan Leyla marağında.
Səni,ey Bizəban, canan edibsə hicr ilən büryan,
Yaxıbdır vəsl şövqiylə çırağın da ocağında.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay