Xəbərlər
9.03.2022, 23:06
Agasəlim Əmri - İlqar Süleymanlı Bizəban
Ustad İlqar Süleymanlı Bizəbanın qələmində gözəl Abşeronumuzun vəsfi
Ey olan şöhrəti ellərdə əyan, Abşeronum,
Ne`məti, sərvəti dillərdə bəyan Abşeronum.
Etmisən həkk qoca tarixə öz imzanı,
Hər zaman şux, təravətli, cavan Abşeronum.
Dahilər bəxş elədin, şöhrəti dünya-dünya,
Hər bir övladın üçün misli-cahan, Abşeronum.
Müstəqil Azəribaycanımızın baş tacısan,
Yeri vardır deyilə həm sənə xan, Abşeronum.
Fərqi yox indi, seçilmir şəhərindən kəndin,
Odlu köksündə gülüstan yaradan Abşeronum.
Duzlu sahillərinin qumları bir mö`cüzədir,
Bəxş edir meyvələri cansıza can, Abşeronum.
Bizəban sığmadı dünyaya zəif cismi ilə,
Fəxr edər, doğmuş onu şanlı məkan Abşeronum.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay