Xəbərlər
1.05.2022, 21:50
Xəyalı gül dəhanın,ah,inayət eyləyər mənə - İlqar Süleymanlı Bizəban
Xəyalı gül dəhanın,ah,inayət eyləyər mənə,
Bu varı yox deyib keçən,rəvayət eyləyər mənə.
Əzəldən ağə bəxtimin güzarı düşməyib,odur
Bilali xalın istərəm,-hidayət eyləyər mənə.
Bəyan tabi-eşqimi,əzəldən eylədim sənə,
Baxışların nədən,gülüm, şikayət eyləyər mənə.
Zaman-zamana zidd olub,ziyan-ziyana bənd,ona
Kənar olduğum qədər sirayət eyləyər mənə.
Nicatım üçün eyləyər könül,o zülfə meyl,ki,
O hüsn ayətin görüb,qirayət eyləyər mənə.
Dedim,həyat bağışlayır dodaqların,yalan deyil,
Bu doğru sözçün,ömrümü nəhayət eyləyər mənə.
Fədayi-cani-Bizəban dilərsən,ey sənəm,olur,
Üzündəki təbəssümün,kifayət eyləyər mənə.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay