Banklar faizləri qaldırır: Nə baş verir?


Azərbaycanda bankarın böyük əksəriyyəti ya kreditləşməni tamamilə dayandırıb, ya da ciddi şəkildə məhdudlaşdırıb. Bayram ərəfəsində bir neçə banka kredit üçün müraciət edən vətəndaşların redaksiyamıza verdikləri məlumata görə, bankların bir qismi müraciəti rədd edib, kreditləşməni dayandırdıqlarını bildirib. Digər banklar isə kredit verilməsi üçün daşınmaz əmlak və ya qızıl girovu qoyulmasını tələb edib.

TurazTv.az Qaynarinfo-ya istinadən xəbər verir ki, girov tələbi bütün banklar tərəfindən sərtləşdirilib: istər istehlak kreditləri, istər də biznes kreditləri üzrə. Ölkədə istehlak kreditlərinin artması Mərkəzi Bank rəhbərliyinin diqqətini ötən ildən cəlb edib və bunun qarşısının alınması üçün addımlar atılır. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, banklar istehlak kreditləri verəndə əksər hallarda əhali üzərində risk balansını qorumur:

"Bank sektoru mənəvi çağırışlara cavab verməlidir. Kreditlər vətəndaşların gəlirinin 50 faizindən aşağı hissəsinə uyğun verilməlidir. Banklar əksər hallarda kredit verəndə vətəndaşın gəlirini nəzərə almır".

Baş bankirin verdiyi məlumata görə, cari ilin yanvar-aprel aylarında ölkədə kredit portfeli 1,9 faiz artıb. O bildirib ki, artımın əsas mənbəyi biznes kreditləri olub. Bu müddətdə ipoteka kreditləri 4,1 faiz artıb, istehlak kreditləri isə 4,1 faiz azalıb:

"Banklar tərəfindən 4,1 milyard manat yeni kreditlər verilib. Bank sektoru real sektorun maliyyələşməsində aktiv iştirak edir. 8 milyard manatdan yuxarı likvid vəsait var, bankların öhdəliklərinin icrasında problem müşahidə olunmur. Banklar vaxtında öhdəlikləri yerinə yetirir. Ödəniş sistemi stabildir”.

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənovun fikrincə, bankların kreditləşməni məhdudlaşdırmasının əsas səbəbi manatın məzənnəsi ilə bağlı gözləntilərdir:

"Banklar ehtiyat edirlər ki, yenidən devalvasiya baş verəcək. Heç bir bank bu prosesdən uduzmaq istəmir. Çünki bir çox şəxslər məhz devalvasiya ehtimalını nəzərə alaraq manatla kredit götürüb dollara çevirirlər. Banklar da bunun qarşısını almaq üçün kreditləşməni ya dayandırır, ya da məhdudlaşdırırlar. Digər bir səbəb budur ki, rəsmi açıqlamalara rəğmən, bankların sərbəst vəsaitləri məhduddur. Mərkəzi Bank onlara kredit vermir – milli valyutaya təzyiqlərin artmasından ehtiyatlanır. Hesab edir ki, banklar verilən vəsaitləri ya kredit kimi paylayacaqlar, ya da dollar alışına buraxacaqlar. Hər iki halda manat üzərində təzyiqlər artacaq. Bu acı təcrübə 2014-2015-ci illərdə artıq yaşanıb. Bütün bunların nəticəsində hamı gözləmə mövqeyinə keçib. Kreditlər ya verilmir, ya da çox yüksək faizlə verilir. Bu gün nəinki milli valyutada istehlak kreditlərini, heç biznes kreditlərini də 20 faizdən aşağı tapmaq mümkün deyil. Eyni zamanda banklar məcburən girov tələbini sərtləşdirirlər ki, kredit götürənlər qaytarmasalar, borcu geri almaq imkanı olsun. Dövlətin devalvasiya nəticəsində itkiləri kompensasiya etməsi, bir sıra problemli kreditlərin restrukturizasiyasını dəstəkləməsi insanlarda məsuliyyət hissini bir qədər də azaldıb: çoxları fikirləşir ki, 10 min kredit götürüm, imkan olar verərəm, imkan olmaz əvvəl-axır dövlət kömək edəcək”.

Ekspertin sözlərinə görə, kreditləşmənin dayanması faktiki olaraq bütün iqtisadiyyatın dayanması deməkdir:

"İqtisadiyyatın inkişafı dayanmış vəziyyətdədir. Bu, bütün dünyada yaranan problemdir. Əksər ölkələrdə dövlətlər banklara ucuz kredit xətti açırlar, ayrı-ayrı kredit növlərinə dövlət zəmanəti tətbiq edirlər ki, iqtisadiyyatda canlanma bərpa olunsun. Bizdə isə əksinə, Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib, banklara kredit vermir. Mərkəzi Bankın yeganə dərdi manatın məzənnəsinin qorunmasıdır. Ümumiyyətlə, Azərbaycanda yürüdülən məzənnə siyasəti yanlışdır. 2015-ci il devalvasiyalarından sonra manatın məzənnəsi tam olaraq üzən məzənnə rejiminə keçirilməliydi. Bunu vaxtında etmədilər, indi bütün iqtisadiyyat milli valyutanın məzənnəsinin girovuna çevrilib. Yəni bankların kreditləşməni kəskin məhdudlaşdırmasının əsas səbəbi budur. Koronavirus pandemiyası ilə bağlı biznes kreditlərinə dövlət zəmanətinin verilməsi, faizlərin yarısının dövlət tərəfindən qarşılanması mexanizmi də bu şəraitdə işlək ola bilmir”.

Ə.Həsənovun sözlərinə görə, başqa bir tərəfdən, pandemiyaya görə tətbiq olunan karantin rejimi şəraitində xeyli sayda insan iş yerini itirib:

"Hələ ki, rəsmi rəqəmlər açıqlanmayıb, amma aydın məsələdir ki, minlərlə iş yeri bağlanıb. Bu şəraitdə bankların ehtiyatlanması təbiidir. Sözün düzü, ilin sonunadək bu vəziyyətdə ciddi dəyişikliyin yaranacağını gözləmirəm. Bu, yalnız o halda mümkündür ki, neftin qiyməti qəfildən kəskin artsın, bunu da real hesab etmək mümkün deyil. Yaxud da Mərkəzi Bank manatın məzənnəsinin müəyyən qədər enməsinə imkan verməlidir, hansı ki, bu, iqtisadiyyat üçün çox ciddi problemlər yarada bilər. Beləliklə, iqtisadiyyatımız qapalı çevrədədir, banklarımız da həmçinin...”

Son xəbərlər

İran XİN: Region ölkələri ilə düşmənçilik siyasəti aparmırıq

ABŞ viza girovunu 20 min dollara qədər artırıb

Raqif Nazimoğlu : Süni intellekt oğruları - FOTO

Əraqçi Asim Munir və Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib

“9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva

“Onunla ilk görüşə çamadanla getdim”

Azyaşlı futbolçu faciəvi şəkildə öldü - YENİLƏNİB

Bir inci saflığı varsa da suda...

Novruzəli Aslanov: “Çolpon-Ata görüşü Türk dünyasında inteqrasiyanın dərinləşməsi mövzusunda mühüm siyasi mesajlar verdi”

Nüsrət Quliyev-65

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb

Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

Azərbaycan güləşçisi dünya çempionatının finalında

“Kabus körpü” yenidən üzə çıxdı

Sabiq nazir vəfat etdi

Lerikdə yenə zəlzələ oldu - YENİLƏNİB

“Nilay” “Kızılcık Şerbeti”ndən gedir

Can Kolukısa vəfat etdi

Azərbaycanda nağdsız ödənişlər artdı

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

Milli kimliyin və dövlət suverenliyinin atributu: Azərbaycan dili və əlifbamız

Tubu İMANOVA : Pərakəndə fikirlərim - FOTO

Vaqif Əsədovun rəis qızı vəzifəsindən azad olundu

Nəriman Əliməmməd oğlu Həsənzadə

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31