Bank sektorunda yeni silkələnmə... -Hansı banklar bağlanacaq?

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 15-nin aktivləri illik müqayisədə azalıb.

Bunlar "Bank VTB Azərbaycan", "Azərbaycan Sənaye Bankı", "Xalq Bank", "Zıraat Bank Azərbaycan", "AGBank", "Access Bank", "Bank Avrasiya", Pakistan və İran Milli Banklarının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan", "Atabank", "Express Bank", "Bank of Baku", "Nikoyl Bank" və "AFB Bank"dır.

Aktivlərdə ən çox azalma "AFB Bank"da (19,9%), ən az azalma isə "Bank VTB Azərbaycan" və "Azərbaycan Sənaye Bankı"nda (0,1%) qeydə alınıb.

Qalan 15 bankın aktivləri isə son 1 ildə artıb. Ən çox artım "Bank Respublika"da (46,9%), ən az artım isə "Bank BTB" də (0,3%) baş verib.

5 bankın aktivləri 1 milyard manatdan çoxdur

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin aktivləri 1 milyard manatdan çoxdur. Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (8 milyard 461 milyon 264 min manat), "PAŞA Bank" (4 milyard 647 milyon 941 min manat), "Kapital Bank" (3 milyard 584 milyon 384 min manat), "Xalq Bank" (2 milyard 214 milyon 354 min manat) və "Bank Respublika"dır (1 milyard 86 milyon 39 min manat). Qalan 25 bankdan 8-nin aktivləri 0,5 - 1 milyard manat arasında, 16 bankın aktivləri 100 - 500 milyon manat arasında, 1 bankın Pakistan Milli Bankının Bakı filialının aktivləri isə cəmi 10,589 milyon manatdır. Xatırladaq ki, Pakistan Bankı məcmu kapitalın 50 milyon manata çatdırılması tələbindən 2025-ci ilə qədər azad edilib. Odur ki, bu maliyyə qurumunun aktivlərinin digər banklarla müqayisədə az olması başa düşüləndir.

Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, “bankın aktivləri” dedikdə ilk növbədə onun verdiyi kreditlərin həcmi nəzərdə tutulur:

“Bankların aktivlərinin azalması krediti az verməsi səbəbindən qaynaqlanır. Banklar az vəsait cəlb etdiyi üçün az da kredit verir. Bu heç də o demək deyil ki, bankın vəziyyəti pisdir. Bəzən bazarda kredit vermək çətinləşir. Hazırda etibarlı, ödəniş qabiliyyəti olan müştəri tapmaq banklar üçün çətindir. Bankların devizi: “Az kredit, ən yaxşı müştəri.” Buna görə də banka çox pul lazım deyil. Banklar vəsaiti Mərkəzi Bankdan, yaxud xaricdən kredit götürmək yolu ilə cəlb edirlər. Bank düşünür ki, az kredit götürüb az da kredit verəcək, əmanət qoymaq istəyənlər üçünsə, faiz dərəcəsini azaldacaq. Bu halda, bankın aktivi azalır, amma prinsipcə sağlamdır. Bank da var ki, xarici və daxili krediti də çox götürür, eyni qaydada da çox kredit verir. Amma indiki şəraitdə çox kredit vermək təhlükəlidir. Son nəticədə bu kreditlər problemli aktivə çevrilə bilər. Müştəri bu kreditin borcunu qaytara bilməyəndə bank da öz borcunu icra edə bilməyəcək və son nəticədə müflisləşəcək. Yəni aktivin azalması bankın daha ehtiyatlı davranmağa çalışması ilə bağlı da ola bilər. Bununla yanaşı, bankın vəziyyətinin daha pis olma ehtimalı da var. Buna görə də yalnız aktivlərin həcminə görə, bank sisteminə qiymət vermək çətindir. Hesab edirəm ki, adıçəkilən bankların arasında kifayət qədər yaxşıları da var, pisləri də. Buna görə də bu meyarı rəhbər tutmazdım. Ola bilər ki, son ildə aktivi artmış bankların içərisində eləsi də var ki, vəziyyəti əslində, pisdir. Yəni kredit verir, amma həmin vəsaitləri qaytara biləcəyi başqa məsələdir”.

Ekspert bütövlükdə problemli bankların olduğunu da vurğulayıb:

“Amma bu o demək deyil ki, bu banklar hamısı bağlanmalıdır. Çünki hesab edirəm ki, Maliyə Bazarlarına Nəzarət Palatasının (MBNP) düzgün siyasəti olsa və nəticədə problemi çox olan maliyyə qurumları Mərkəzi Bankdan kredit cəlb edə bilsələr, onlar yavaş-yavaş öz problemli kreditlərini qaytarıb indiki çətin vəziyyətdən çıxa bilərlər. Amma hələlik təəssüf ki, Palata tərəfindən peşəkar, dürüst və savadlı tədbirlər görülmür. Bu baxımdan bəzi bankların bağlanma təhlükəsi var”.

Son xəbərlər

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

Prezident: Şirvan kanalı gələn il istifadəyə veriləcək, Qarabağ kanalının yenidən qurulmasına başlamışıq

Kuba Prezidenti Azərbaycan liderini təbrik edib

ADY Tbilisiyə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb

Zəvvarlar Mina dağına yürüşlə Həcc ziyarətinə başlayıblar

"Şamaxı" Kərim Rossi ilə vidalaşıb

22 yaşlı fitnesçi evində ölü tapıldı

İranda qəzada həlak olan konsulumuzla vida mərasimi keçirildi - Fotolar

Serenay Sarıkaya saxlanıldı

ÇAĞDAŞ POETİK NƏFƏS... - FOTO

Vaqif Vüqar : Əynimə geyinib buludlarını... - FOTO

Sabah yağış yağacaq, şimşək şaxacaq - PROQNOZ

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTO

66 yaşlı Nazpəridən İstanbul - Fotosessiyası

Qəbul imtahanının II cəhdinin tarixi açıqlanıb

Qəbulun II cəhdinə qeydiyyat başlayır

Pakistanda baş vermiş yol qəzasında 11 nəfər ölüb

Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Azərbaycanda apreldə əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb

İyunda bu bürclərin yeni şansları olacaq

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Attal prezidentliyə rəsmən namizəd oldu

Makron Lukaşenkoya zəng vurub, ona xəbərdarlıq etdi

İmişlidə qəza oldu - Ölənlər və yaralananlar var

Rubio: ABŞ Hörmüz boğazı açıldıqdan sonra nüvə məsələsini müzakirə etməyə hazırdır

QIZBƏS QƏBƏLƏ : BİR BAHAR AXŞAMINDA - FOTO

Şəhidlik zirvəsinə ucalan Quliyev Şəhriyar Nəsib oğlunun, may ayının 25- də cənnətdəki mövlud günüdü - FOTO

Qabriel Attal Fransada prezident seçkilərinə namizədliyini rəsmən elan edib

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031