Hədiyyə kəlağayı
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZİN MƏKANINI CƏNNƏT ELƏSİN.

Məzarlıqda xəfif meh var,
Titrədir ağ tellərini.
Kəlağay düşür çiyninə,
Ana üzür əllərini.

Başdaşından baxır oğlan,
Gözlərində sevinc, kədər.
Düyünlənib söz ağzında,
Ananın gözündə qəhər.

Heç bilmir ki varmı,yoxmu,
Hey baxır məzar daşına.
Gülümsəyən şəhid şəkli,
Bürünübdür göz yaşına.

Sıxır kəlağayın ucun
Elə silir gözdə yaşın.
Xatirələr boğur onu,
Hey incələyir yaddaşın.

Kəlağayısı ümiddi,
Balası almışdı axı.
İndi aldığı nəfəsdi,
Kəlağay olub pənahı.

Gözlərimi açan gündən,
Kəlağayda gördüm səni.
İlk maaşımla almışam,
Dərdlərin üşüdür məni.

Bəyazlaşan ağ tellərin
Qəlbimə vurulan oxdur.
Qoy gizlənsin örpəyində,
Ana, getməliyəm vaxtdır.

Torpağa borcluyam anam,
Dardadır yurdum,torpağım.
Yağıya aman vermərik,
Azad olsun Qarabağım.

Şəhid olsam ağlama sən,
Hər an səninləyəm anam.
Qismət olsa qayıdarsam,
Yenə kəlağay alacam.

Qayıtmayan oğulların
Qayıdan qeyrəti,adı.
Şəhid anasının dərdi,
Səbrinun sönməz inadı.

Bəlkə ucalan bayrağım,
Bəlkə ədalətin səsi.
Kəlağayım bir igidin,
Şəhidin son hədiyyəsi.

Şəhidliyin zirvəsindən
Baxır iğidlər, oğul, ər.
Vətənimin tarixinə
Yazılan söz budur: zəfər !





Son xəbərlər

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031