
Xəbərlər
18.06.2025, 23:11
Arzu Yaqub qızı : Ürək sözlərinin şəklin çəkirəm - FOTO
Siyah tellərini darayıb yana,
Başında kəlağay bir gözəl baxır.
Barmaqları sayır butalarını,
Gözləri aləmi yandırıb yaxır.
O incə təninə verir yaraşıq,
Gözü yolda qoyub qədəm, izləri.
Xəfif meh yellədir kəlağayısın,
Şeirdir, nəğmədir şirin sözləri.
Bizə tarixlərdən qalıb yadigar,
Qızlar, gəlinlərin ismət nişanı.
Neçə rəngə çalır, neçə ahəngə,
Gəzir kəlağayım eli,cahanı.
Nənə sandığının nəvə payıdır,
Gözəl butaları əfsundur,sirrdir.
Çox mənalar gəzir düşünsək bir az,
İncədir,zərifdir,çiçəkdir,güldür.
Bir Xarıbülbüllü kəlağay gördüm.
Bəlkə azadlığın,haqqın səsidir.
Şəhid anasının əlində bayraq,
Zəfər himnimizin təntənəsidir.
Bir mələksima qız dalır xəyala,
Günəşin nurunda bərq vurur aləm.
Kəlağayılı qız hey gülümsəyir.
Ürək sözlərinin şəklin çəkirəm.
Başında kəlağay bir gözəl baxır.
Barmaqları sayır butalarını,
Gözləri aləmi yandırıb yaxır.
O incə təninə verir yaraşıq,
Gözü yolda qoyub qədəm, izləri.
Xəfif meh yellədir kəlağayısın,
Şeirdir, nəğmədir şirin sözləri.
Bizə tarixlərdən qalıb yadigar,
Qızlar, gəlinlərin ismət nişanı.
Neçə rəngə çalır, neçə ahəngə,
Gəzir kəlağayım eli,cahanı.
Nənə sandığının nəvə payıdır,
Gözəl butaları əfsundur,sirrdir.
Çox mənalar gəzir düşünsək bir az,
İncədir,zərifdir,çiçəkdir,güldür.
Bir Xarıbülbüllü kəlağay gördüm.
Bəlkə azadlığın,haqqın səsidir.
Şəhid anasının əlində bayraq,
Zəfər himnimizin təntənəsidir.
Bir mələksima qız dalır xəyala,
Günəşin nurunda bərq vurur aləm.
Kəlağayılı qız hey gülümsəyir.
Ürək sözlərinin şəklin çəkirəm.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






