Avqustun 1-də Türkiyənin Ankara şəhərində “Şuşa - Qarabağın tacı, Qafqazın sənət məbədi, Türk dünyasının mədəniyyət paytaxtı” adlı kitabın təqdimat mərasimi olub.


Bu barədə APA-ya kitabın müəllifi Elçin Əhmədov bildirib.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə Türkiyə türkcəsində nəşr olunan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, professor, siyasi elmlər doktoru Elçin Əhmədovun müəllifi olduğu kitabda Azərbaycanın maarifçilik beşiyi və mədəniyyət mərkəzi olan Şuşanın tarixi, mədəni və strateji əhəmiyyətindən bəhs edilir.

TÜRKSOY-un Baş katibliyində təşkil olunan tədbirdə təşkilatın Baş katibi Sultan Raev 2022-ci il martın 31-də təşkilata üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi haqqında qərar qəbul edildiyi xatırladıb. Onun sözlərinə görə, TÜRKSOY-un bu qərarı ilə əlaqədar Azərbaycanda və təşkilata üzv ölkələrdə uğurla həyata keçirilən silsilə tədbirlər Şuşanın Türk dünyasında geniş tanıdılmasında mühüm rol oynayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov 2020-ci il noyabrın 8-də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdiyini xatırladıb. Səfir Prezident İlham Əliyevin Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladığınа diqqət çəkib: “İkinci Qarabağ müharibəsindən sonra qazanılan tarixi Qələbə, xüsusilə Azərbaycanın hərbi, diplomatik və informasiya məkanındakı uğurları nəticəsində yaranmış reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması olduqca zəruridir”.

Şuşada Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İskəndərov işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən danışıb.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Adbülsamet Taş, Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Vasif Qurbanzadə və Ankara Hacı Bayram Veli Universitetinin Türk Dünyası Araşdırma Mərkəzinin müdiri Cəmilə Kınacı Baran Şuşa ilə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, yeni kitab qədim və bənzərsiz Şuşanın, ümumilikdə Qarabağın tarixinin, mədəni və ictimai həyatının, o cümlədən bu diyarın maarifçi, həmçinin mədəniyyət, incəsənət və ictimai xadimlərinin TÜRKSOY-a üzv ölkələrdə daha yaxından tanınmasına imkan yaradacaq.

Qeyd edək ki, yeni kitabda Qarabağ xanlığının yaradılmasını şərtləndirən amillər, bu bölgənin tacı olan Şuşanın qədim tarixi, mədəni və strateji əhəmiyyəti tədqiq edilib. Həmçinin Şuşanın əsasının qoyulmasından indiyə qədər keçilən bütün tarixi mərhələlər geniş şəkildə əhatə olunub. Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm xidmətlər göstərən və əslən Şuşadan olan Azərbaycanın görkəmli elm, mədəniyyət, incəsənət və ictimai xadimləri haqqında geniş məlumat verilib.

Eyni zamanda, kitabda Şuşanın işğalından əvvəlki tarixi yerləri və memarlıq abidələrinin fotoları yer alıb. Bununla yanaşı, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Şuşanın işğalı zamanı şəhərdə mədəni soyqırımı siyasəti, xüsusilə tarixi-memarlıq abidələrinin erməni vandalizminə məruz qalması da fotolarla diqqətə çatdırılıb. Həmçinin ilk dəfə olaraq qədim Şuşa qalasının işğaldan əvvəl, işğal vaxtı və işğaldan sonrakı dövrünü əks etdirən çoxsaylı fotoları izahlı şəkildə öz əksini tapıb.

Bununla yanaşı, kitabda dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdə Qarabağda milli ruhun yüksəldilməsi istiqamətindəki çoxşaxəli fəaliyyəti, xüsusilə Şuşaya zəngin tarixi abidə kimi qayğısı tarixi faktlar əsasında geniş tədqiq edilib.

Bundan əlavə, Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsini şərtləndirən amillər, xüsusilə hərbi-diplomatik və informasiya məkanında uğurlar təhlil olunub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu tərəfindən Şuşanın işğalçılardan azad edilməsindən sonra şəhərin əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası istiqamətində aparılan mühüm işlər sistemli şəkildə, geniş tədqiq edilib və fotolarla diqqətə çatdırılıb.

Kitabda Şuşada keçirilən beynəlxalq tədbirlərə, eləcə də Azərbaycan ilə Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinə və digər bu kimi məsələlərə də geniş yer verilib.

Qeyd edək ki, kitab təqdimatı çərçivəsində “Şuşa-2023 TÜRKSOY rəssamlar görüşü” adlı rəsm və “Şuşa-2023 Türk dünyası paytaxtı” adlı fotosərgilərinin açılışı da olub.

Əlavə edək ki, Türkiyədə nəfis şəkildə nəşr edilən kitab Şuşa şəhəri işğaldan azad edildikdən sonra müəllif Elçin Əhmədovun müxtəlif məzmun və formatda 14-cü kitabıdır. Onlardan 10-u xarici ölkələrdə nəşr edilib.














Son xəbərlər

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

Bu məktəblər distant təhsilə keçdi

Bulvara gedənlərin diqqətinə: Bu hissə bağlanır

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

UNUDULMAYAN YAXŞILIQ

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

UŞAQLIQ ILLƏRIMI XATIRLAYARKƏN ATAM VƏ ANAM XÜSUSI YADA DÜŞÜR - FOTOLAR

MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

SÖZLƏ TƏBİƏT, İNSANLA ZAMAN ARASINDA

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930