Xəbərlər
31.07.2025, 00:12
Rəşad Sadıqov: Xorvatiyadan uğurlu nəticə ilə qayıtmaq istəyirik
Azarkeşləri maraqlı oyun gözləyir.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Hayduk” ilə keçirəcəkləri cavab oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, rəqibin ciddi komanda olduğunu bildirib: “Amma oyunda favorit yoxdur. Bu cür matçlarda hər şey ikinci görüşdə həll olunur. Rəqibin yaxşı azarkeşi var. Bu, onlar üçün müsbət məqamdır”.
Qeyd edək ki, Bakıda baş tutan ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Cavab qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay