
Xəbərlər
19.07.2025, 13:27
Göz yaşı ovcunda olan adamam...-FOTO
Mənə etibarsız demə, nə olar,
Adi bir baxışdan dolan adamam.
Daha yollarıma duman-çən düşüb,
Payız buludutək solan adamam.
Ərzim yetişməyib hələ də şaha,
Bu həyat nədi ki, görünməz kaha.
Sanma, sevgi nədir, bilmirəm daha,
Nuhun gəmisindən qalan adamam...
Ürəyi içindən çürüdən kindi,
Əzabım bir deyil, əmin ol, mindi.
Qəlbim bir gül qədər incədir indi,
Göz yaşı ovcunda olan adamam.
Adi bir baxışdan dolan adamam.
Daha yollarıma duman-çən düşüb,
Payız buludutək solan adamam.
Ərzim yetişməyib hələ də şaha,
Bu həyat nədi ki, görünməz kaha.
Sanma, sevgi nədir, bilmirəm daha,
Nuhun gəmisindən qalan adamam...
Ürəyi içindən çürüdən kindi,
Əzabım bir deyil, əmin ol, mindi.
Qəlbim bir gül qədər incədir indi,
Göz yaşı ovcunda olan adamam.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










