Xəbərlər
16.07.2025, 00:27
YUXUMA GƏL: AYGÜN HÜSEYN - FOTO
YUXUMA GƏL
Niyə belə getdin axı bilmirəm,
Sən gedəndən sevinmirəm, gülmürəm,
Göz yaşlarım selə dönüb, silmirəm,
Axı necə mən unudum sözünü,
Yuxuma gəl, bir də görüm üzünü.
Niyə belə çətin oldu görüşmək,
Neyləyim ki, yetim qaldı bu istək,
Həsrətinə daha dözmür bu ürək,
Necə yığım bu yollardan izini,
Yuxuma gəl, bir də görüm üzünü.
Arzularım ürəyimdə qalmasın,
Əllərimdə gül-çiçəlkər solmasın,
Axı niyə sevda, vüsal olmasın,
Gecələrdə günəş bilim üzünü,
Yuxuma gəl, bir də görüm üzünü.
Nə zamandı yapışmıram əlindən,
Adın düşmür dodağımdan, dilimdən,
Qoyma düşsün saçlarıma, qoyma dən,
İnan mənə mən deyirəm düzünü,
Yuxuma gəl, bir də görüm üzünü.
Sən gedəndən sevinmirəm, gülmürəm,
Göz yaşlarım selə dönüb, silmirəm,
Axı necə mən unudum sözünü,
Yuxuma gəl, bir də görüm üzünü.
Niyə belə çətin oldu görüşmək,
Neyləyim ki, yetim qaldı bu istək,
Həsrətinə daha dözmür bu ürək,
Necə yığım bu yollardan izini,
Yuxuma gəl, bir də görüm üzünü.
Arzularım ürəyimdə qalmasın,
Əllərimdə gül-çiçəlkər solmasın,
Axı niyə sevda, vüsal olmasın,
Gecələrdə günəş bilim üzünü,
Yuxuma gəl, bir də görüm üzünü.
Nə zamandı yapışmıram əlindən,
Adın düşmür dodağımdan, dilimdən,
Qoyma düşsün saçlarıma, qoyma dən,
İnan mənə mən deyirəm düzünü,
Yuxuma gəl, bir də görüm üzünü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












