"Yuxuma gəl bu gecə". - FOTO
"Yuxuma gəl bu gecə".
Yuxuma gəl bu gecə
Öpüm gözündən sənin.
Saçlarını qoxlaya..
Sevim içimdən səni.
Yuxuma gəl bu gecə
Bax gör halım necədir.
Sən köçəni dünyadan
Məndə zülmət gecədir.
Yuxuma gəl bu gecə
Arzularım çin olsun
Sənsiz qaranlıq gecəm
Bir az şənlikli olsun.
10.01.2024.✍️Gülafət Hacıqızı.