Qobustan rayonunun Təklə kəndində törədilən qətlin təfərrüatları məlum olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 6-da axşam saatlarında baş verib.

2001-ci il təvəllüdlü Günel Ağabəyli yaşadığı evdə bıçaqlanaraq öldürülüb. Onun qayınanası Sevil Ağayeva isə bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti stabildir.

Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən şəxsi - mərhumun qayınatası, 1957-ci il təvəllüdlü Orucağa Ağayevi saxlayıb.

Qətlə yetirilən qadının həyat yoldaşı Tayfun Ağabəyli hadisə ilə bağlı Teleqraf-a danışıb.

T. Ağabəylinin sözlərinə görə, onların ailəsində ciddi problem olmayıb:

“Biz bir-birimizi sevərək ailə qurmuşduq. Aramızda heç bir söz-söhbət, narazılıq olmayıb. Amma son 15-20 gündə atamın psixoloji durumu yaxşı deyildi. Hər kəsə sataşırdı, əsəbi və gərgin davranırdı. Bunu hiss edirdik, amma belə bir şey edəcəyinə inanmazdım. Şokdayam. Mənim həyat yoldaşımı - heç bir günahı olmayan bir insanın bu şəkildə qətlə yetirəcəyini düşünməzdim...”.

Günel Ağabəylinin atası Rasim Qəhrəmanov isə deyib ki, cütlük uzun illər sevgi münasibəti yaşayıb və iki il əvvəl ailə qurublar. Ailələr arasında da heç bir narazılıq olmayıb:

“Hadisədən bir neçə saat əvvəl qızım və kürəkənim bizdə idilər. Oturduq, birlikdə yemək yedik. Heç bir narahatlıq yox idi. Onları özüm yola saldım. Bir saatdan sonra isə belə dəhşətli xəbər gəldi. Qızıma 18-19 bıçaq zərbəsi vurublar. Qızımın heç bir günahı yoxdur. Bəzi saytlar yazır ki, hadisə qısqanclıq zəminində olub - bu, tamamilə yalandır. Onlar bir yerdə musiqi məktəbində müəllim işləyirdilər, bir-birilərini sevirdilər. Sadəcə son vaxtlar kürəkənimin atasında psixoloji problemlər yaranıb”.

Faktla bağlı Qobustan Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam edir.

Son xəbərlər

Avropa Liqası: "Nottingem" və "Braqa" qələbə qazanıb

Konfrans Liqası: "Rayo Valyekano" qalib gəlib, "Şaxtyor" məğlub olub

FIFA prezidenti: İran 2026-cı il Dünya Kubokunda iştirak edəcək

“Bu, hərbi əməliyyatların genişləndirilməsidir”

Quql “Qarderob” funksiyasını təqdim edəcək

İnsanlar hansı yaşda ən xoşbəxt və ən sağlam olurlar? Dəqiq rəqəm AÇIQLANDI

Şanslı insanlar nə zaman doğulur: üç tarix AÇIQLANDI

"Kuruluş Orhan" final edir

Prezident İlham Əliyev: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər

Dost dostu sınayar çətində, darda - FOTO

Önəmli qələbə oldu - “Neftçi”nin baş məşqçisi

Kral və Kraliçanın şərəfinə bu tarifləri aradan qaldırdı

Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq

RTÜK Baxçalının serialını da cərimələdi

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Valideyn konfransları davam edir - FOTOLAR

Abbas Bağırov – Azərbaycan Səhiyyəsində Peşəkarlıq və Etibar Nümunəsi - FOTO

Dünyada aclıqla üzləşəcək insanların sayı açıqlandı

"ABŞ hazırda müharibə vəziyyətində deyil" - ABŞ rəsmisi

"Yeraltı"ndan getdi - FOTO

Üç ilə qədər həbs oluna bilər

Aybəniz Qafarlı : Dünya Türkün Olacaq - FOTO

Baş katib: Budəfəki Avropa Kuboku formatına görə əvvəlkilərdən fərqlənir

Natella Nur : HAQQI NAHAQQA VERMƏYİN - FOTO

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub

Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031