İyulun 1-də Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana işgüzar səfəri çərçivəsində “Yeni üfüqlərə doğru: Dialoqdan birgə fəaliyyətə” mövzusuna həsr olunmuş Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası Forumunun bağlanış mərasimində çıxış edib.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sahibə Qafarova bildirib ki, forumun zəngin proqramı, canlı fikir mübadiləsi və gün ərzində aparılan məqsədyönlü müzakirələri böyük iş görüldüyünü söyləməyə əsas verir. O diqqətə çatdırıb ki, bu forum çərçivəsində keçirilən panel sessiyalarda bir çox mühüm məsələlər üzrə də hərtərəfli müzakirələr aparılıb. Panel müzakirələrin mövzuları təkcə parlament komitələrinin fəaliyyətinin əsas aspektlərini deyil, həm də ölkələrimizin bu gün fəal əməkdaşlıq etdiyi istiqamətləri əks etdirir.

Milli Məclisin sədri qeyd edib ki, qarşıya qoyulmuş bütün vəzifələr uğurla yerinə yetirilib. Lakin bu, yalnız başlanğıcdır. Bu forumla gələcək hərtərəfli, möhkəm və dərinləşmiş əməkdaşlığın təməli qoyulur və parlamentlərarası forum dialoqun mühüm platforması və səmərəli mexanizmi olacaq.

Bağlanış mərasimində çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva forumun əhəmiyyətindən danışaraq, tədbirdə müzakirə edilmiş məsələlərin vacibliyini qeyd edib. O, forumda aparılmış konstruktiv fikir mübadiləsinin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib. Tənzilə Narbayeva diqqətə çatdırıb ki, Özbəkistan-Azərbaycan parlamentlərarası Forumu parlament əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə qədəm qoyduğunun təcəssümüdür.

Tənzilə Narbayeva ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsində dövlət başçılarımızın xüsusi rolunu qeyd edərək, onların prinsipial mövqeyi sayəsində əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib.

O bildirib ki, son illər bir sıra sahələrlə yanaşı, parlamentlərimizin də əlaqələri daha da inkişaf edir, qarşılıqlı səfərlərin və görüşlərin sayı artır. Bu baxımdan parlamentlərarası komissiyanın yaradılması əməkdaşlığımızın inkişafında yeni mərhələdir.

Tədbirin sonunda Xivə Bəyannaməsi qəbul edilib.




Son xəbərlər

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031