Mərkəzi Bank tərəfindən kreditlərin və kredit kartlarının verilməsində sərtləşdirilmiş qaydalar tətbiq edilir. Ekspertlərin fikrincə, bu qaydalardan sonra həm borclanma faizi azalıb, həm də təhlükəsizlik artırılıb.

2025-ci ilin birinci rübündə istehlak kreditləri və kredit kartlarının verilməsi ilə bağlı standartlarda sərtləşmə davam edib. Bu, Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən "2025-ci ilin birinci rübü üzrə bank sektorunda kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri"ndə əksini tapıb. Bəs şərtlərin sərtləşməsi nə ilə əlaqədardır? Bu, vətəndaşa və banklara necə təsir edəcək?

"Turaztv.az" "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Əməkhaqqının 45 faizini keçməməlidir

Bank məsələləri üzrə ekspert Emin Kərimovun sözlərinə görə, yaxın dövrlər ərzində istehlak kreditlərində kəskin artım müşahidə olunurdu. Bununla da əhalinin davamlı şəkildə borclanması baş verirdi: "Bəzi hallarda aylıq ödənişlər əməkhaqqının 80-90 faizini təşkil edirdi. Belə vəziyyət həm əhali arasında narazılıq yaradırdı, həm də ödəniş qabiliyyətinin aşağı düşməsinə səbəb olurdu. Məlum proses problemli kreditlərin artması, banklarda likvidliyin zəifləməsi kimi ciddi problemlərə yol açır".

E.Kərimovun fikrincə, Mərkəzi Bank hərəkətə keçərək xərclərin gəlirlərə nisbəti əmsalını tətbiq etdi: "Bu qaydalara əsasən, istehlak kreditlərinin aylıq ödənişlərinin cəmi məbləği vətəndaşın əməkhaqqısının 45 faizini keçməməlidir. Nəticədə paralel kreditlərin verilməsi nisbətən azaldı. İstehlak kreditlərindəki süni artımda, problemli kreditlərdə müəyyən səngimələr oldu. Bu, bazarı tənzimləməyə, istehlak kreditləri ilə bağlı vəziyyəti sabitləşdirməyə köməklik etdi. Məlum tendensiya indi də davam edir".

"Sərtləşməyə həqiqətən ehtiyac var"

Ekspert bildirdi ki, qaydaların sərtləşməsi borclanmanın qarşısını alır: "Mərkəzi Bankın statistik göstəricilərindən də göründüyü kimi, kreditə tələb artıb. Lakin xərclərin gəlirlərin nisbətinə dair tələblər paralel kreditlər verilən zaman nəzərə alınır ki, bu da sərtləşməni zəruri edir".

E.Kərimovun sözlərinə görə, sərtləşmə olmazsa, haqqında danışılan vəziyyət tənzimlənə bilməyən durumla nəticələnər: "Ciddi sərtləşmənin tətbiqinə həqiqətən də ehtiyac var idi. Bankların, onların təklif etdiyi xidmətlərin sayını, kredit kartlarının imkanlarını, bir borcla digər borcu bağlamaq kimi halları da nəzərə aldıqda, tənzimləmələrin vacibliyini görürük. Fikrimcə, bu addımlar növbəti illərdə də davam etdirilməlidir".

Mənfi və müsbət tərəfləri

Ekspert yeni qaydaların banklara və vətəndaşlara təsirindən də danışdı: "Bu sərtləşmə həm banklara, həm də əhaliyə müsbət təsir göstərir. Əhaliyə müsbət təsiri ondan ibarətdir ki, həddən artıq borclanma, paralel kreditlərin verilməsi nəticəsində yaşayış səviyyəsinin çətinləşməsi, xərclərin artmasının qarşısı alınır. Banklarda isə problemli kreditlərin azalmasına, kredit portfelinin yaxşılaşmasına, likvidliyin artırılmasına səbəb olur. Qərarın müsbət tərəfləri daha çox olsa da, mənfi nəticələri də var. Məsələn, sərtləşmə səbəbindən istehlak kreditlərinin verilməsində azalma baş verə bilər. Amma bu, keyfiyyətə yönəlik tədbirdir".


"Dələduzluq halları xeyli azalıb"

İqtisadçı Asif İbrahimli isə sərtləşmənin təhlükəsizliyi artırdığı qənaətindədir: "Mərkəzi Bank dünyada tətbiq olunan beynəlxalq standartları Azərbaycanda bank sisteminə tətbiq etməyə çalışır. Kredit kartları ilə bağlı təhlükəsizik məsələləri mövcud idi. Bu səbəbdən 3D təhlükəsizlik, identifikasiya, həmçinin üz tanıma sistemləri tətbiq edildi. Təkmilləşdirmələr yenə də aparılır".

A.İbrahimlinin fikrincə, dələduzluq halları xeyli azalıb: "Şəxsin xəbəri olmadan adına kredit götürülməsi kimi faktlar mövcud idi. Qaydaların sərtləşməsindən sonra artıq bir şəxsin yerinə başqası kredit götürə bilmir. Üz tanıma sistemləri tətbiq edilir. Son yenilənmələrdən sonra belə hallar minimuma enib".

"Sosial şəbəkə hesabları da nəzərə alınır"

İqtisadçının sözlərinə görə, yeni qaydalardan sonra artıq şəxslərə kredit verilmədən öncə onların sosial şəbəkə hesabları da nəzərə alınır: "Bu da şəxsin ödəmə qabiliyyətinin müəyyənləşməsi üçündür. Məsələn, şəxsin rəsmi əməkhaqqısı təsdiqini tapmır, amma sosial şəbəkə hesablarında əlavə qazanc yeri olduğu ortaya çıxır. Beləliklə, qiymətləndirmə aparılır. Son sərtləşmədən sonra vətəndaşların əməkhaqqısı, gəlirləri, həmçinin xərcləri nəzərə alınır. Ondan sonra qərar verilir ki, şəxsə kredit vermək olar, yoxsa yox. Bu qaydalar bütün dünyada tətbiq olunur".

İqtisadçının sözlərinə görə, bəzən vətəndaşlar deyirlər ki, kreditlərin alınması çətinləşib. Amma təhlükəsizlik də artıb. Bu, həm vətəndaşlar, həm də banklar üçün daha etibarlıdır.

Son xəbərlər

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031