Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər bir şəxsin mülkiyyət hüququ toxunulmazdır və bu hüquq dövlət tərəfindən qorunur.

Bu norma hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Lakin təəssüf ki, reallıqda bəzi tikinti şirkətləri – xüsusən də özünü “elitar layihə”lərin memarı kimi təqdim edən “Versal Palace” Mənzil-Tikinti Kooperativi – bu hüquqi və konstitusion prinsiplərə açıq-aşkar təhdid yaradır.

2023-cü ildə vətəndaş Əsgərova Gülarə İsmayıl qızı “Bakı Ağ şəhər”də yerləşən “Versal Palace” MTK-dan biri 183 m², digəri isə 266 m² olmaqla iki mənzil alıb. O, hər iki mənzil üçün rəsmi müqavilələr imzalayıb, aylıq ödənişləri həyata keçirib və hər ödənişə dair rəsmi qəbzlər əldə edib. Ödənişlər başa çatdıqdan sonra isə müvafiq maliyyə arayışları ona təqdim olunub.

Lakin bir neçə ay əvvəl mənzilini təmir etmək məqsədilə həmin ünvana gedən vətəndaş inanılmaz mənzərə ilə qarşılaşıb: şirkət rəhbərliyi vətəndaşın 547 min manat ödədiyi 266 m²-lik mənzilə məxsus qapının qıfılını dəyişdirmiş və onu mənzildən faktiki olaraq uzaqlaşdırmışdır.

Daha da təəccüblüsü odur ki, şirkət rəhbərliyi bu qanunsuz hərəkəti əsaslandırmaq üçün absurd bir iddia irəli sürüb: guya 266 m²-lik mənzilə dair müqavilə “saxta” imiş, yalnız 183 m²-lik mənzilə dair müqavilə rəsmi sayılır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən, əqdlər könüllü razılıq əsasında bağlanır və hüquqi nəticələr doğurur. Əsgərova Gülarə İsmayıl qızının təqdim etdiyi müqavilə, rəsmi qəbzlər və maliyyə arayışları onun əmlak üzərində real hüquqlarını sübut edən sənədlərdir.

Bundan əlavə, Cinayət Məcəlləsinin 186.1-ci maddəsinə görə, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, əmlaka qarşı qanunsuz müdaxilə cinayət məsuliyyəti yaradır. Əgər vətəndaşın rəsmi sənədlərlə mülkiyyət hüququ tanınırsa, həmin mənzilə müdaxilə, qıfılın dəyişdirilməsi və onun ora buraxılmaması cinayət hüququ baxımından da məsuliyyət doğurur.

Hazırda məsələ Xətai Rayon Məhkəməsinin hakimi Aynur Abdullayevanın icraatındadır. Vətəndaş rəsmi sənədləri – alqı-satqı müqaviləsi, ödəniş qəbzləri və maliyyə arayışını təqdim edib. Məhkəmənin obyektiv araşdırma apararaq, hüququ pozulmuş vətəndaşın mülkiyyət hüququnu tanıyacağı gözlənilir. Lakin bu hadisə təkcə fərdi hüquq mübahisəsi deyil – bütövlükdə mənzil bazarında qanunsuzluqların, MTK özbaşınalığının və hüquqi boşluqların bariz nümunəsidir.

Bu hadisə bir daha sübut edir ki, tikinti sektorunda ciddi dövlət nəzarəti zəruridir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Baş Prokurorluq və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kimi orqanlar bu kimi hallar üzrə yoxlamalar aparmalı, qanunsuz fəaliyyət göstərən MTK-ların lisenziyaları dərhal dayandırılmalı və müvafiq məsuliyyət tədbirləri tətbiq edilməlidir.

Əgər bir MTK, istədiyi zaman bağlanmış rəsmi müqaviləni “saxta” adlandırıb vətəndaşın evinə qıfıl vurdura bilirsə, bu artıq hüquqi sistemin özünə qarşı da təhdiddir.

“Versal Palace” MTK-nın rəhbəri Tofiq Məmmədovun davranışı qanunun ruhuna və məzmununa ziddir. Onun törətdiyi bu cür hərəkətlər, təkcə Əsgərova Gülarə İsmayıl qızının yox, minlərlə vətəndaşın mənzil təhlükəsizliyi üçün təhlükəli presedent yaradır. Hüquqi dövlətdə mülkiyyət hüququ müqəddəsdir və bu hüquq MTK rəhbərlərinin subyektiv iddiaları ilə ləğv edilə bilməz.

Biz bir daha aidiyyəti dövlət qurumlarını, hüquq-mühafizə orqanlarını və məhkəmə sistemini bu məsələni obyektiv və sərt şəkildə qiymətləndirməyə, qanunu pozan şirkət rəhbərlərinin məsuliyyətə cəlb olunmasına çağırırıq.

Çünki bu gün susmaq – sabah başqa vətəndaşların hüquqlarının da pozulmasına göz yummaq deməkdir.

Yenixeber.org









Son xəbərlər

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcək

Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb

Günün qoroskopu: ağır hisslərin dalğası çəkilir

Prezidentin qızları və gəlini moda həftəsinə qatıldılar - FOTOLAR

Fransız “Rafale” qırıcıları Baltik hava məkanını pozan iki Rusiya təyyarəsinin qarşısını alıb

“Mançester Yunayted” “Liverpul”u məğlub edib, “Tottenhem” vacib qələbə qazanıb

Makron arvadının İrəvana gəlməməsinin səbəbini açıqladı

Tramp İranın təklifini rədd etdi - “Elə şeylər var ki...”

Xalq artisti Bakını tərk edəcək

KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR

MƏMMƏD QƏDİR : Qocalar evinə atmayın məni - FOTO

Aİ-nin siyasi rəhbərliyi İrəvandadır

"Kayıp zaman"da rol alacaq - FOTO

Kanye Uest konserti üçün stadion tikəcək

Yelkən idmanı üzrə “Prezident Kuboku 2026” başa çatdı - Fotolar

Azərbaycanlı tələbə faciəvi şəkildə öldü - FOTO

“Zirə”dən çətin qələbə

Makron Ermənistana səfər etdi

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

Nəsrin Cavadzadənin toyudur

Prezidentin qızları Beynəlxalq Xalça Festivalında - Fotolar

Rezidentura imtahanı keçirildi

Elektromobillərin qlobal satışları 2026-cı ilin I rübündə azalıb

Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi

Məşhurlar "Bakı Marafonu 2026"da - FOTOLAR

Həftənin ilk günü hava necə olacaq?

Melatonin və maqneziumun yuxu üçün təsirsiz olduğunu göstərib -Araşdırma

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031