Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edib
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmənin Cinayət Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının və Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququnun mahiyyəti və təyinatından irəli gələrək Cinayət Məcəlləsinin 157-ci maddəsi baxımından “mənzil” dedikdə, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq daimi və ya müvəqqəti yaşanmasından və mülkiyyət formasından asılı olmayaraq, bir və ya bir neçə şəxs tərəfindən yaşamaq üçün istifadə edilən, şəxsi həyatı (onun məxfiliyini) təmin edən və digər sahələrdən təcrid olunan yaşayış yeri başa düşülür.

Həyətyanı torpaq sahəsi, eləcə də təyinatı yaşayış sahəsi olmasa da yaşayış üçün uyğunlaşdırılmış sahələr Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş meyarlara uyğun olaraq şəxsi və ailə həyatının yaşandığı yer kimi istifadə edildiyi halda, həmin sahəyə şəxsin iradəsi ziddinə daxil olma Cinayət Məcəlləsinin 157-ci maddəsi üzrə cinayət məsuliyyətinə səbəb ola bilər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Son xəbərlər

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31