Xəbərlər
13.06.2025, 01:09
Arzu Yaqub qızı : Neyləyəcək - FOTO
Neyləyəcək
Ömrün payızı sərin,
Qış sənə neyləyəcək?
Yorulanadək ağla,
Yaş sənə neyləyəcək?
Buz əritdi ümidlər,
Başın əydi söyüdlər,
Faydasızmış öyüdlər,
Baş sənə neyləyəcək?
Gileyləndin ömründən,
Deyim dəyiş bu gündən,
Özünü unudan sən,
Çaş sənə neyləyəcək?
Ömrünü yeyə- yeyə,
Çəkildin bir kölgəyə,
Eh kaş ki...deyə-deyə,
Kaş sənə neyləyəcək?
Özün öysün xəyalın,
Görünməzdir məlalın,
Başı daşlı bəlalım,
Daş sənə neyləyəcək?
Qış sənə neyləyəcək?
Yorulanadək ağla,
Yaş sənə neyləyəcək?
Buz əritdi ümidlər,
Başın əydi söyüdlər,
Faydasızmış öyüdlər,
Baş sənə neyləyəcək?
Gileyləndin ömründən,
Deyim dəyiş bu gündən,
Özünü unudan sən,
Çaş sənə neyləyəcək?
Ömrünü yeyə- yeyə,
Çəkildin bir kölgəyə,
Eh kaş ki...deyə-deyə,
Kaş sənə neyləyəcək?
Özün öysün xəyalın,
Görünməzdir məlalın,
Başı daşlı bəlalım,
Daş sənə neyləyəcək?
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









